"Cənubi Qafqazın sabitliyi və 3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"-
Mövlud Çavuşoğlu
“Regionda vacib hadisələr baş verir”.
Report-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - o bildirib.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: