Rəisi Çavuşoğlunu qəbul etdi -
İran Türkiyə ilə razılığa gəldi
İran prezidenti İbrahim Rəisi bu gün Teghranda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Globall.az İran mediasına istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu prezident İbrahim Rəisi ilə görüşdən əvvəl - səhər saatlarında iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.
İki xarici işlər nazirinin görüşündən sonra ortaq mətbuat konfransı keçirilib və Hüseyn Əmir-Abdullahiyan bildirib ki, tərəflər gələcək uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün yol xəritəsinin cızılması barədə razılığa gəliblər.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: