Pentaqon Hindistana qarşı:
"S-400-lə bağlı fikrimiz qətidir!"
"Hindistanın Rusiyadan S-400 yer-hava raket sistemləri almaq qərarından narahatıq".
Xarici KİV xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
“Hindistanlı tərəfdaşlarımıza bu sistemlərdən narahat olduğumuzu açıq və qəti şəkildə söylədik, deyəcək yeni bir şeyim yoxdur”.
Qeyd edək ki, Hindistan 2015-ci ildə Rusiyadan S-400 almaq niyyətində olduğunu açıqlayıb. 5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. Eyni zamanda, Yeni Dehli Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etmək fikrində olmadığını bildirir.
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: