Gürcüstan və Ukrayna NATO görüşünə dəvət olunub

Bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.
Nazir bu dəvəti NATO yolunda irəliləyən adıçəkilən ölkələrdə müşahidə edilən inkişafın rəsmən tanınması kimi qiymətləndirib və alyansa inteqrasiya istiqmətində müsbət addım adlandırıb.
Qeyd edək ki, NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşü 30 noyabr – 1 dekabr tarixlərində Riqada keçiriləcək./TASS
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: