Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Hələ təsəvvür edə bilmirik ki, Azərbaycan hansı təhlükə ilə üz-üzədir” – Sülhəddin Əkbərin BBC-yə müsahibəsi (VİDEO)
  • “Azərbaycan artıq seçim etməyə məcburdur”
  • “Putin heç vaxt Ermənistanla sülh sazişinin imzalanmasına yol verməyəcək…”
  • Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi
  • Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub - yaralanan var
  • "BİZİM QARŞIMIZDA ERMƏNİSTAN YOX, RUSİYA VAR..." - “Hər şey Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin nəzarətində baş verir”

    • Tarix: 16-11-2021, 13:00

    Sülhəddin Əkbər: “Paşinyan hökuməti sülh istəsə belə, Rusiya buna imkan verməyəcək...”




    "Azərbaycan “küp strategiyası”nı həyata keçirməlidir... "Küpün" perimetri boyunca Türkiyə ilə birlikdə hərbi postlar qurmalıyıq"

    Qarabağda və Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar davam edir. Şuşa yaxınlığındakı Azərbaycan ordusunun postuna qumbara atılmasından və uğursuz Qaragöl həmləsindən sonra düşmən Kəlbəcərdə avtomobillərimizi atəşə tutub, eləcə də bəzi yerlərdə postlarını irəli çəkməyə çalışıb. Rus sülhməramlılar isə nədənsə yalnız ermənilər çətinə düşəndə “missiyalarını” yerinə yetimək üçün fəaliyyətə keçirlər. Artıq əksər analitiklər hesab edirlər ki, vəziyyət gərginləşməyə doğru gedir və Bakı təxribatçılara qarşı qəti ölçülər götürməsə, durum xoşagəlməz hal ala bilər.

    Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər mövzu ətrafında fikirlərini Azpolitika ilə bölüşüb.

    - Sülhəddin bəy, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Şuşa ətrafında erməni təxribatları kəskin şəkildə artıb və bu, Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edir. Hazırda yaranmış bu durumu necə qiymətləndirmək olar?

    - Bu hadisələr təbii və gözləniləndir. Qeyd edim ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalandığı günün axşamı sənədin ilkin dəyərləndirməsi zamanı fikrimi ifadə etmişdim. Tövsiyə edərdim ki, oxucularınız bir daha həmin sənədə diqqət etsinlər.
    İndiki vəziyyətdə hər şey sanki SSRİ-nin dağılması ərəfəsindəki sıfır vəziyyətinə geri dönür. Çünki yenidən Rusiya ordusu Qarabağa qayıdır, separatçı rejim yerindədir, Rusiya onu öz himayəsinə götürür, qanunsuz erməni birləşmələri torpağımızdadır və Laçın dəhlizi vasitəsilə onların Ermənistan, habelə Gümrüdəki rus bazası ilə birbaşa əlaqələri saxlanılır.
    Bunun tarixi arxa planını - Cənubi Qafqazda erməni dövlətinin qurulmasını, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılmasını və Azərbaycan torpaqlarının Ermənistana verilməsini də nəzərə alsaq, burada gözlənilməz heç nə yoxdur.

    Mən dəfələrlə cəmiyyətimizə bu fikirləri təkrarlayıram ki, Rusiyanın Azərbaycan, bütövlükdə cənub siyasəti strategiyasını başa düşmək üçün rus imperiyasının yaranma tarixi və Azərbaycan siyasətinə baxmaq lazımdır. Bir daha qeyd edim ki, Rusiya imperiyası rəsmən 1721-ci ildə elan olunub və onun ilk hərbi yürüşü bizim torpaqlarımıza olub.

    - I Pyotrun Xəzər sahillərinə yürüşünü nəzərdə tutursunuz?

    - Bəli, I Pyotrun Xəzəryani ərazilərə yürüşündən bəhs edirəm. Bu imperiya yaranar-yaranmaz cənub siyasətini həyata keçirmək üçün məhz bizim torpaqlarımıza yürüş edib.
    Və Azərbaycanın bir hissəsinin - həm birinci, həm də ikinci Rus - Qacar döyüşləri zamanı, Qacarlar məğlub olduqdan sonra isə faktiki olaraq Gülüstan və Türkmənçay müqavilələri ilə Şimali Azərbaycanı işğal və ilhaq ediblər.

    1828-ci ildən sonra isə Rusiya bizim torpaqlarımızda 4 mərhələli strategiya həyata keçirib. I mərhələdə əsasən Osmanlı və İran ərazisindəki erməniləri bizim torpaqlarımıza köçürüb. II mərhələdə erməni vilayəti yaradıb. 
    III mərhələdə erməni dövləti yaradıb. IV mərhələdə də erməni dövlətini yaratdığı gündən indiyə qədər onu genişləndirə-genişləndirə gətirib, bu vəziyyətə çıxarıblar.

    Elə bu strategiya əsasında da zamanında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, Qərbi Zəngəzur ermənilərə verilib. Bunun nəticəsidir ki, indiki vəziyyət yaranıb. İndiki vəziyyəti anlamaq üçün bu məqamları təkrarlamağa ehtiyac var. 
    Ötən il Azərbaycan Xankəndinin qapısına dayananda nə üçün rus ordusu “sülhməramlı” adı altında bu əraziyə soxuldu? 
    Çünki Rusiya gördü ki, 300 il ərzində “əmək sərf etdiyi” bu strateji planı müzəffər Azərbaycan Ordusu qardaş Türkiyənin dəstəyi ilə məhv edir. 
    Neoimperialist Putin Rusiyası 300 illik “əməyin” boşa getməsinə imkan verə bilməzdi. Odur ki, gəlib orada yerləşdilər.
    Vəziyyəti SSRİ-nin dağılması ərəfəsindəki sıfır vəziyyətinə qaytardılar. Son 30 ildə dünyada, regionda, elə Azərbaycanda da vəziyyət dəyişib. Ruslar da dəyişən şəraitə uyğun olaraq, şərtlər nəzərə alınmaqla, durumu sıfır vəziyyətindəki halına qaytara bildilər.
    Siz indi tarixə baxın, Qarabağ hadisəsi başlayan vaxt nələr baş veribsə, indi də vəziyyət və şərtlərə uyğun olaraq həmin hadisələr həm Qarabağ ətrafında, həm də Ermənistanla sərhəddə baş verir və verəcək də. O ana qədər ki, bu problem birdəfəlik və qəti həll ediləcək.

    - Siz demək istəyirsiniz ki, hansısa erməni terrorçusunun gəlib Azərbaycan postuna əl qumbarası atması, əslində rus sülhməramlılarla qarşılıqlı əlaqəli şəkildə baş verir?

    - Bugünkü Ermənistan Respubliaksı da, bizim hələlik suverenliyimizdən kənarda olan ərazi də Rusiyanın nəzarətindədir. Baxın, Ermənistanın hərbi sahəsinə, ümumiyyətlə təhlükəsizliyinə Rusiya cavabdehdir.
    Rusiya ilə Ermənistan arasında həm hərbi-siyasi ittifaq var, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Tarixi arxa planı da nəzərə alsaq, bütövlükdə erməni dövlətini yaradan, yaşadan və qoruyan Rusiyadır.
    Bunu anlamaq lazımdır. Onun sərhədlərini, hava məkanını, o cümlədən “dqr”-də qalan hissəni də Rusiya qoruyur. Xankəndindəki separatçılar və onların nəzarətində olan ərazi Ermənistandan daha çox Rusiyanın nəzarətindədir. 
    Bizim qarşımızda Ermənistan yoxdur, strateji planda Rusiya var. Üstəlik, əgər rus “sülhməramlı”sı atəşkəsə görə cavabdehdirsə, deməli, baş verənlərin də məsuliyyətini ilk növbədə Rusiya daşımalıdır. Çünki hər şey Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin nəzarətində baş verir.

    - Ermənistan ordusunun 60-a yaxın hərbçisi Qaragölə gələrək ərazidə postlar qurmaq istədi, az sonra elə Laçın istiqamətində də eyni hal müşahidə olundu, Kəlbəcərdə hərbi avtomobillərimiz atəşə tutuldu. Azərbaycan ordusu vaxtında tədbir görərək bu təxribatların qarşısını ala bilir. 
    Sizcə, ermənilərin məqsədi bu əraziləri yenidən tutmaqdır, yoxsa bilərəkdən qarşıdurma, gərginlik yaradırlar?

    - Məsələ yenidən siyasi-diplomatik fazaya daxil olub. Yəni II Qarabağ savaşında Azərbaycan qalib gəldikdən sonra hərbi faza bitdi və proses siyasi-diplomatik mərhələyə keçid etdi. 
    Burada Rusiyanın başlıca hədəfi Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara və ya başqa vasitəçilərin iştirakı ilə danışıqların başlamasına mane olmaq, ən başlıcası isə iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Başlıca hədəf budur.
    Bunun üçün də hər şey edəcəklər. Əlbəttə, yaranan durumdan kəskin narazı olan Fransa və İranın da təsirləri var, amma başlıca faktor Rusiyadır.

    - Yəni son təxribatlarla bağlı ermənilərə təlimatı Rusiya verir?

    - Zənnimcə, elə mərhələ olacaq ki, ABŞ, Avropa Birliyi və Böyük Britaniya kimi oyunçular Ermənistana təzyiq edib, onu Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etməyə çalışacaqlar, Ermənistan hökuməti də bu istiqamətdə addımlar atmaq istəyəcək. Necə ki, zamanında Levon Ter-Petrosyan atmaq istəyirdi. Onun aqibəti necə oldu? Devrildi.

    Böyük ehtimalla, indi də proseslər ona doğru gedir. Mən “dqr”-i demirəm, çünki ora tam rusların nəzarəti altındadır. Ermənistan isə müəyyən mənada, xüsusilə diplomatik-siyasi müstəvidə Rusiyanın nəzarətindən kənardadır. Bəzən Paşinyan hökumətinə müəyyən təsirlər olur, ona görə də indiki erməni hökuməti ziq-zaqlı bəyanatlar verir, hərəkətlər edir.
    Bu da yaranan durumla əlaqəlidir. Yəni Paşinyan hökuməti sülh istəsə belə, Rusiya buna imkan verməyəcək. Bunun üçün Rusiyanın kifayət qədər imkanları var. Ermənistan sərhədləri və hələlik bizim nəzarətimizdə olmayan ərazilərimiz tamamilə rusların nəzarətindədir.
    Üstəlik, Ermənistan Respublikasının Silahlı Qüvvələri, təhlükəsizlik strukturları, hava məkanı Rusiyanın nəzarəti altındadır, həmçinin Moskvanın İrəvanda “beşinci kolon”u var. 
    Yəni rusların təsir etmək üçün həm Ermənistanın daxilində, həm dövlət sərhədində, həm də bizim nəzarətimizdən kənarda qalan ərazilərimizdə alətləri var.



    - Sülhməramlılar hansı əsaslarla Azərbaycan postuna əl qumbarası atan erməni terrorçunu saxladıqdan sonra qondarma quruma təslim etdilər?

    - Bu, faktiki olaraq terrorizmin və terrorçunun himayə edilməsi və qorunması, üstəlik, “”dqr” hələ yaşayır və mənim himayəmdədir” deməkdir. Onun “dövlət qurumları fəaliyyət göstərir” mesajıdır, ““dqr”in legitimliyini mən tanıyıram” deməkdir. 
    Bir dövlətin terrorçunu qondarma quruma verməsi nə deməkdir? O deməkdir ki, onu dövlət kimi tanıyır, legitimliyini qəbul edir. Əks halda, onu necə verər, sənədləşmə hansı formada aparıla bilərdi? O, heç olmasa Ermənistana da yox, qondarma rejimə təhvil verilib.
    Məncə, bu, “narahat olmayın, burada hər şey qaydasındadır, mən buradayam və onların təhlükəsizliyinə zəmanət verəcəyəm” mesajıdır.

    - Qəribədir ki, son təxribatlar bir növ rus sülhməramlıların düşərgəsindəki “Rusiya şöhrət xiyabanı”nın açılmasından sonraya təsadüf edir. 
    Bundan əvvəl isə sülhməramlıların düşərgəsində kilsə inşa edilmişdi. Nəhayət, heç bir ölkədə ləyaqətlə və beynəlxalq qanun əsasında fəaliyyət göstərən sülhməramlıya heykəl qoyulmadığı halda, burada heykəl də ucaldılıb. Bütün bunları normal qəbul etmək olarmı?

    - Bu o deməkdir ki, “bura bizim torpağımızdır, mən buradayam və buradan da getmək fikrim yoxdur”.

    - Kifayət qədər gərgin vəziyyətin yarandığı, ermənilərin əvvəlki aylarla müqayisədə fəallaşdığı hiss edilir. Üstəlik, Rusiyanın da ciddi təzyiqlər edib sonda istəyinə nail olmaq strategiyasını nəzərə alsaq, Azərbaycanın kontur addımları necə olmalıdır?

    - Azərbaycan “küp strategiyası”nı həyata keçirməlidir. Bu, nə deməkdir? Gözünüzün qarşısına xəritəni gətirin. Hələlik bizim nəzarətimizdə olmayan, rus-erməni birliklərinin nəzarətində qalan tarixi ərazilərimiz küpə oxşayır. Bu küpün ağzı bizim nəzarətimizdə olmayan 5 kilometr enində ərazidir.
    Küpün boynu-boğazı Laçın dəhlizidir, gövdəsi isə rus-erməni hərbi birliklərinin nəzarətində olan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin hələlik bizim nəzarətimizdə olmayan ərazisidir.

    Birinci, bu küpün ağzı bağlanmalıdır. Dövlət sərhədi nəzarətə götürülməlidir. Dövlət sərhədi sənin nəzarətində deyilsə, bu əraziyə kimin gəlib-getdiyindən, nə aparıb-gətirildiyindən məlumatın yoxdursa, buraya necə nəzarət edə bilərsən?
    Üstəlik də, üçtərəfli bəyanata görə, Laçın dəhlizinin təhlükəsizliyinə Azərbaycan Respublikası cavabdehdir. Sən sərhəddə yoxsan, Sərhəd Xidməti, Gömrük Komitəsi orada fəaliyyət göstərmir, oradan kimin keçib getdiyini bilmiriksə, sən dəhlizdə yoxsansa, dəhlizin təhlükəsizliyinə necə cavabdehlik daşıya bilərsən? 
    Odur ki, ilk növbədə biz sərhədi bağlamalı, orada sərhəd və gömrük xidmətini təşkil etməliyik. Əsas iş budur. Bu olmayınca, heç bir təhlükəsizlik təminatı yoxdur.

    İkincisi, "küpün" perimetri boyunca Türkiyə ilə birlikdə hərbi postlar qurmalıyıq. Yəni Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin postları qurulmalıdır.
    Necə ki, daxildə ruslar təhlükəsizliyi təmin etmək üçün çoxsaylı postlar qurublar, biz də yeni yaranan təmas xətti boyunca postlar qurmalı və bu postlarda Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən iki dövlətin bayrağı dalğalanmalıdır. Həmçinin bu postlar arasında post-patrul xidməti təşkil olunmalıdır.

    Üçüncüsü, biz tələb etməliyik, ya Rusiya özü sazişdə tələb olunduğu kimi qanunsuz erməni silahlı birləşmələrini, terrorçuları təmizləməlidir, ya da Azərbaycan anti-terror əməliyyatları aparmalıdır.
    Ancaq buna qədər də Azərbaycan, xüsusilə, Xocalı başda olmaqla, BMT-nin Qaçqınlar Komissarlığı ilə birlikdə öz məcburi köçkün vətəndaşlarını geri qaytarmağa başlamalıdır.
    Həm Şuşa şəhəri üzrə, həm də Xocalıda. Köçkünlər qayıtmadan biz orada Azərbaycanın suverenliyini təmin edə bilməyəcəyik.
    Məcburi köçkünlər geri qayıtdıqca orada Azərbaycanın milli və mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti bərpa olunmağa başlayacaq. Və artıq oralar hissə-hissə bizim yuridiksiyamıza keçəcək.

    - Sadaladığınız tədbirləri həyata keçirməyi mümkün sayırsınızmı?

    - Mümkündür. Heç olmasa, Azərbaycan olaraq tələb etməliyik ki, ölkə daxilində bütün kommunikasiyalar açılmalıdır. Biz bunu birbaşa Rusiyadan tələb etməliyik. Hazırda Ermənistanın üzərinə düşmüşük ki, sən kommunikasiyaları aç, amma ölkə daxilində kommunikasiyaların açılmasını demək olar, tələb etmirik. 
    Hansı səbəbdən Ağdamdan birbaşa Şuşaya, Ağdərədən Kəlbəcərə gedə bilməməliyik? Bunlara nail olmağı tamamilə mümkün hesab edirəm. 
    Bu, həm Azərbaycanın qanuni haqqıdır, həm də bunu tələb etmək üçün Azərbaycanın gücü var. Azərbaycan bu tələblərin yerinə yetirilməsi üçün qarşı tərəfi məcbur etməlidir. Necə ki, vaxtilə BMT-nin yerinə yetirilməyən 3 qətnaməsini yerinə yetirdik.
    Görünür, indi Azərbaycan məcbur olacaq ki, qarşı tərəfi üçtərəfli bəyanatın maddələrini yerinə yetirməyə məcbur etsin.

    Rasim Əliyev

    Oxunub: 384
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.