Rusiyada miqrantların leqallaşdırılması ticarəti ilə məşğul olan qrup zərərsizləşdirilib

Cinayətkarlar Mərkəzi, Şimal-Qərb və Volqa federal dairələrində fəaliyyət göstəriblər.
Təhlükəsizlik qüvvələri cinayətkar qrupun 21 təşkilatçısı və fəal üzvünü saxlayıb və yaxın vaxtlarda onların barəsində həbs-qətimkan tədbiri seçiləcək.
İstintaq müəyyən edib ki, cinayətkarlar pul müqabilində digər dövlətlərin vətəndaşlarına qeydiyyat şöbələri vasitəsilə saxta sənədlərin hazırlanmasına, qondarma nikahların bağlanmasına və vətəndaşlıq almaq üçün Rusiya Federasiyasının vətəndaşı olan uşaqların atalığının müəyyən edilməsinə yardım ediblər./Vestnik Kavkaza
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: