Gürcüstanda koronavirusa yoluxanların sayı 795 mini keçib
Gürcüstanda son sutkada daha 4 732 nəfərə koronavirus diaqnozu qoyulub, 4 812 nəfər müalicə olunaraq sağalıb, 72 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyasına 795 847 yoluxma faktı təsdiqlənib. Yoluxanların 731 996-sı sağalıb, 11 212-si isə dünyasını dəyişib.
Aktiv xəstə sayı 52 613-dür.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş:





















