"İrəvan Moskva və KTMT-nin köməyinə arxalanmamalıdır..." -
Rusiyalı ekspert
Qarabağın sərhəd zonasında və Rusiya sülhməramlılarının yerləşdirildiyi yerlərdə hazırki vəziyyətdə, fikrimcə, İrəvan Moskva və KTMT-nin köməyinə arxalanmamalıdır.
Bunu millətlərarası münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
O qeyd edib ki, Ermənistan ərazisinin qorunması ilə bağlı növbəti çağırışlar tənqiddən başqa heç nə doğurmur.
“İrəvanın özü elə vəziyyət yaradır ki, KTMT-yə təzyiqə cəhd edilir və bu, birinci dəfə deyil. İl ərzində İrəvan və baş nazir Paşinyan noyabr razılaşmalarının həyata keçirilməsinə mane olmaqdan başqa heç nə etmədilər.
Ermənistanın üzə gülməsi, arxada isə özünə yeni sahiblər axtarması adi hala çevrilib. Təəssüf ki, bu, Moskvanın ən ermənipərəst politoloqları və siyasətçilərinin belə başa düşdüyü aşkar faktdır.
Belə bir hiss var ki, biz Ermənistanı müttəfiq kimi birdəfəlik itiririk və bunun fonunda heç kim İrəvan üçün növbəti hərbi münaqişələrə qarışmayacaq”, - deyə E.Mixaylov bildirib”.