Türkiyə və ABŞ hərbçiləri Vaşinqtonda danışıqlar aparıblar
Vaşinqtonda ABŞ-Türkiyə Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı baş tutub.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşünün konstruktiv və müsbət keçdiyini bildirib. Qeyd edilir ki, görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Növbəti görüş Türkiyədə baş tutacaq.
Oxunub: 91
Xəbəri paylaş
Paylaş:





















