Ruslar erməni rəsmilərin bu səhlənkarlığından və biganəliyindən təəccübləniblər - "Hraparak"
Zəngəzurda yerləşən Qarakilsə sektorunda genişmiqyaslı hərbi əməliyyatlar başlasa da, erməni tərəfi yardım xahişi ilə rus tərəfinə müraciət etməyə gecikirdi.
Globall.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Rusiya arasında mövcud olan 1997-ci il müqaviləsi çərçivəsində Rusiyaya müraciət etdiklərini bildirib.
Bildirilib ki, son vaxtlara qədər həm Qarabağda, həm də Zəngəzurda istənilən insident zamanı erməni tərəfi rus sülhməramlıların rəhbərliyi ilə əlaqə saxlayıb və mümkün qədər tez, itkisiz şəkildə vəziyyəti düzəltməyə çalışıb.
"Hansısa andan etibarən bu əməkdaşlıq dayanıb və ruslara artıq müraciət etməyiblər. Öyrəndik ki, ruslar erməni rəsmilərin bu səhlənkarlığından və biganəliyindən təəccübləniblər", - deyə müəllif vurğulayıb.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: