Putindən ironiyalı açıqlama -
“Mən çar deyiləm, çar odur ki...”
TASS-ın “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə Rusiya dövlət başçısı hər gün işlədiyini və çarlıq etmədiyini bildirib.
“Bu, həqiqəti əks etdirmir... Mən ki hər gün işləyirəm, çarlıq etmirəm”, – Putin deyib.
V.Putin daha sonra əlavə edib:
“Çar odur ki, o oturur, yuxarıdan aşağı baxır və deyir: “Bax, əmr edirəm və bu əmrə uyğun olaraq nəsə edirlər”, özü isə ancaq şapkası üzərində çalışır və güzgüyə baxır”.
Oxunub: 393
Xəbəri paylaş
Paylaş: