Qaydanı pozan "AA" seriyalı avtomobil kimindir?
Globall.az musavat.com-a istinadən xəbər verir ki, jurnalist Samir Feyruzov məsələ ilə bağlı maraqlı məlumat paylaşıb:
“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub.
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".