Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - SİYAHI
  • "3 MİLYON TƏLƏB EDİRDİ, 2 MİLYONA RAZILAŞDIQ..." - "Deyirdi ki, nazirin göstərişidir..."
  • OĞLUNU TUTDURDU, ATASINA "SƏNİ DƏ İÇƏRİ BASARIQ" DEDİ VƏ... 360 MİN DOLLARA "İŞİ HƏLL ETDİ"

    • Tarix: 21-11-2021, 18:00


    Bir aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 

    Hakim önünə general-mayorla yanaşı MTN-in İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov çıxarılıblar. Məhkəmə prosesinə jurnalistlər buraxılmır, mətbuat nümayəndələrinin iştirakına icazə verilmir.

    Qeyd edək ki, Şıxəliyev və digərləri mütəşəkkil dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər. “MTN işi” üzrə zərərçəkənlərdən biri də iş adamı Bahəddin Sultanovdur.



    Əvvəllər “JEK” rəisi və Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş B.Sultanov sonradan bizneslə məşğul olub.

    Bakı-Sumqayıt yolunun “VAZ-ın kruqu” deyilən hissəsində 4 hektar torpaq sahəsi alaraq orada mal-qara saxlamaq üçün fermalar, inzibati binalar tikdirərək bütün bunları oğlu İntiqam Sultanovun adına sənədləşdirib.

    Banka girov qoyulan torpaq sahəsi və fermalar

    İstintaqa verdiyi ifadəsində B.Sultanov göstərib ki, 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirirdi. Amma tikinti işlərini tamamlamaq üçün vəsaiti çatmadığından kredit götürmək üçün Bakıya gəlib.
    O, ailəvi dostluq münasibətində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovun (dələduzluqda və mənimsəmədə təqsirləndirilərək həbs edilib-red.) yanına yollanıb, ondan 1 milyon dollar kredit istəyib.



    Z.Yusifov da razılaşıb. Ona oğlunun adına olan fermanı və torpaq sahəsini  banka girov qoymaqla kredit götürə biləcəyini deyib.
    İş adamı oğluna fermanın və torpağın sənədlərini götürüb Z.Yusifovun yanına getməyi, kredit müqaviləsi bağlamağı tapşırıb.

    “İntiqamla Zal Yusifov arasında 1 milyon dollar kredit verilməsinə dair müqavilə imzalandı. Müqavilə Xırdalan şəhərində 1 saylı notariat kontorunda tərtib edildi”,-zərərçəkmiş ifadəsində deyir.

    Adı olub, özü olmayan 1 milyonluq kredit

     İş adamı deyir ki, 1 milyonluq kredit müqaviləsi imzalanmasına baxmayaraq “Texnikabank”ın filial rəhbərindən pulu ala bilməyiblər.
    Z.Yusifov İ.Sultanova guya pulu alması barədə sənədlərə qol çəkdirib. Pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini deyib və kredit verməkdən yayınıb.
    İş adamı filial müdirindən ya pulu verməyi, ya da kredit müqaviləsinə xitam verib torpağın və fermanın sənədlərini geri qaytarmasını tələb edib.
    Z.Yusifov isə ona kreditin guya ödənildiyi, banka borcu olmadığı haqda arayış verib, torpağın sənədlərini qaytarıb. Bir müddət sonra B.Soltanov həmin fermanı və torpağı 810 min manata sataraq pulun bir hissəsini Alma-Atadakı tikintiyə yönəldib, qalanını isə evdə saxlayıb.
     
    Masisli qəssab Əlinin nəvəsi deyir: “Zal Yusifovla birlikdə dövlətin pulunu yeyəndə bilmirdiniz axırı belə olacaq?”

    B.Sultanovun ifadəsinə görə, 2009-cu ilin əvvəlində oğlu İ.Sultanov MTN-nin müstəntiqi Vüsal Ələkbərov tərəfindən nazirliyə çağırılıb.

    B.Sultanov bildirir: “Oğlumla birlikdə mən də getdim. Müstəntiq Masis rayonundan olduğumu biləndə anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əliylə dost olduqlarını, onu yaxşı tanıdığımı dedim. 
    Müstəntiq bizə “Zal Yusifovla birlikdə dövlətin pulunu yeyəndə bilmirdiniz axırı belə olacaq?”deyə bildirdi. Müstəntiqə belə halın baş vermədiyini, kreditin faktiki olaraq götürülmədiyini, bu barədə notariusda sənəd olduğunu desəm də, xeyri olmadı.
    Müstəntiq bankdan əslində götürmədiyim 1 milyon dolları ödəməyi tələb etdi”.



    General Rasim Musayev dostuna görə Mövlam Şıxəliyevə zəng vurub

    Bu minvalla iş adamı ilə oğlu dəfələrlə MTN-ə çağırılaraq sorğu-sual ediliblər. B.Sultanov torpağın girovluqdan azad edilməsi haqda notariusun məktubunu təqdim etdikdə, müstəntiq məktubun boş sənəd olduğunu deyir və krediti ödəməyi tələb edir.
    Əli hər yerdən üzülən iş adamı başına gələnləri vaxtilə Binəqədi rayon Polis İdarəsinin rəis müavini işləyən dostu Rasim Musayevə (general Rasim Musayev vəfat edib-red.) danışıb: 
    “Rasim Musayev MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub, məni incitməməyi, nə söhbət varsa danışaraq həll etməyi tapşırıb. 
    Bundan sonra müstəntiq məni yenidən nazirliyə çağırdı”.  

    “Yuxarı”nın göstərişi belədir: “500 min dollar gətirməlisən”

    Bu dəfə müstəntiq V.Əkbərov iş adamını yenidən MTN-ə çağırıb deyir ki, R.Musayevin zəngindən sonra  general Mövlam Şıxəliyev məsələni “yuxarıya” (Eldar Mahmudovu nəzərdə tutub-red.) məruzə edib. “Yuxarı”dan isə deyiblər ki, bu işin həlli üçün 500 min dollar lazımdır.
    Pul veriləcəyi təqdirdə oğlu İ.Soltanovun adının kredit götürüb qaytarmayanların siyahısından çıxarılacağı bildirilib.
     


    “Müstəntiqə dedim ki, hörmət əlaməti olaraq yalnız dörd-beş min manat verə bilərəm. Mənə dedi ki, onda bizdən küsmə, nəticə yaxşı olmayacaq. 2009-cu ilin iyununda iki dəfə öz otağına çağırıb tezliklə krediti qaytarmağımı tələb etdi. 
    Oğluma və mənə heç kimin kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu dedi. Hətta həmin ərəfədə Mövlam Şıxəliyev də müstəntiqin otağına gələrək məni təhqir edərək krediti ödəməyimi tələb etdi”, - B.Sultanov bildirir.

    “Mövlam Şıxəliyev deyir ki, səni də tutub içəri salaq”

    Nəhayət, iyun ayının 15-də iş adamının oğlu MTN əməkdaşları tərəfindən həbs olunur. Oğlu həbs olunsa da B.Sultanovdan yenə də əl çəkmirlər.
    Müstəntiq iş adamını yenə də yanına çağırır, ona “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də tutub içəri salaq” deyir: “Qorxub Vüsaldan kömək istədim. O da dedi ki, Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir. 
    On dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min dollar tələb etdiyini, əks halda həbs olunmağımı göstəriş verdiyini dedi. Pulu həm məni tutmamaq, həm də oğlumu həbsdən azad etmək üçün istəyirdi. Məcbur olub razılaşdım”.

    “Pulu verdik, bir daş altda, bir daş üstə”

    Müstəntiq iş adamından özü üçün də əlavə olaraq 10 min manat istəyib. Hətta övladının canına and içərək 360 min dollardan ona heç nə çatmadığını deyib.
    Həmin gün qardaşı Mirzə Paşayevlə telefon əlaqəsi saxlayan iş adamı evdən 250 min dolları götürməyi, yerdə qalanını da dost-tanışdan borc yığıb düzəltməyi və MTN-ə gətirməyi xahiş edib.



    Zərərçəkənin ifadəsindən:  “Müstəntiq dedi ki, pul gəlsin, səni buraxaq, sonra da oğlun İntiqamı buraxarıq. Etiraz etmədim, gecəni müstəntiqin otağında gözlədim. 
    Ertəsi gün müstəntiqin otağına  Mövlam Şıxəliyev daxil oldu,  məni nalayiq şəkildə təhqir edərək müstəntiqdən niyə  içəri hələiçəri  salınmadığımı soruşdu. 
    Müstıntiq ona “rəis, indi gəlirlər, çatırlar” dedi. Günorta saatlarında qardaşım kirvəmizlə birgə müstəntiqin otağının qarşısına gəldi. 
    İçəri girmədən mənimlə uzaqdan salamlaşdı. Müstəntiq qardaşım və kirvəmlə birgə Mövlam Şıxəliyevin otağına getdi. 

    Geri qayıdıb mənimlə bir az söhbət elədi, dedi ki, pulu verdik, bir daş altda, bir daş üstə. Səni tutmayacayıq, oğlunu da buraxacayıq, puldan mənə bir qəpik çatmır, mənim də şirinliyimi gətir”.



    MTN-nin hasarının tinində müstəntiqə verilən şirinlik

    Həmin gün günorta saatlarında MTN-dən buraxılan iş adamı axşamtərəfi müstəntiqin “şirinliyi”ni vermək üçün yenidən nazirliyin binasının yaxınlığına gəlib: “Evdən on min dollar götürüb yenidən MTN-ə qayıtdım. 
    Parlament prospekti ilə hərəkət edərək deyilən vaxtda MTN-in hasarının tinində, ara yolda maşında gözlədim. Bir avtomobil gəldi, Vüsal əli ilə işarə etdi, arxasınca gəlməyimi bildirdi. 
    Maşını onun arxasınca sürdüm.  Bir az irəlidə dayandıq. Öz maşınımdan düşüb Vüsalın maşınının arxa oturacağında əyləşdim. 
    Qabaq oturacaqda bir nəfər oturmuşdu, üzünü tam görmədim. On min dolları aldı, dedi, kağız verərəm, oğlunu da götürüb gedərsən”.

    İki gündən sonra müstəntiq V.Əliyev B.Sultanova zəng vurub nazirliyə çağırtdırıb. Nazirliyin giriş qapısında oğlunun həbsdən azad edilməsi ilə bağlı qərarı ona verib.
     
    “Mən də həmin qərarı Bakı İstintaq Təcridxanasına təqdim etdim. İntiqamı həbsdən azad etdilər. İntiqamın işi Zal Yusifovgilin işi ilə birgə məhkəmə göndərildi. Məhkəmədə oğluma 2 il şərti cəza təyin olundu”, - o bildirir.

    Qeyd edək ki, general M.Şıxəliyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, zərərçəkənləri tanımadığını, onlardan pul almadığını iddia edib, ittiham aktını isə “fərziyyələrlə tərtib olunmuş bədii əsər” adlandırıb.../virtualaz.org

    Oxunub: 492
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.