Polşa - Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır
Xarici KİV xəbər verir ki, bu barədə hökumət sözçüsü Piotr Müller sabah Vişeqrad Qrupunun Budapeştdə görüş keçirəcəyini bildirib.

O deyib ki, məsələnin geosiyasi fəsadlarını daha çox hiss edəcək region ölkələrindən başlayırıq.
Ötən gün Polşa hökumət başçısı Latviya, Litva, Estoniyaya səfər edərək Belarus sərhədindəki miqrant böhranı ilə bağlı məsələni müzakirə edib.
Onun fikrinə görə, həmin məsələ Ukraynanın şətrqindəki münaqişə və təbii qazın qiymətinin qalxması ilə yanaşı, Rusiyanın Avropa İttifaqına qarşı apardığı hibrid müharibəsinin bir parçasıdır.
Xatırladaq ki, Vişeqrad Qrupunun üzvləri Macarıstan, Slovakiya, Çex Respublikası və Polşadır.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: