Yol Polisindən XƏBƏRDARLIQ: "Həmişə 100 manatlıq cərimə ilə bitməyəcək..."

“Günün xüsusən pik saatlatında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik nümayiş etdirir və nəticədə boş hesab etdikəri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər.
Belə əməllərə yol verən sürücülər unutmamlıdır ki, etdikləri qayda pozuntularının mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır. Bu əmələ görə inzibati qanunvericilik 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutur”.
Bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP rəsmisinin sözlərinə görə, belə kobud qayda pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi an məsələsidir. A.Əsgərli deyib ki, məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekenlaşmır:
“Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər! Sürücülərdən, eləcə də hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik”.

Oxunub: 373
Xəbəri paylaş
Paylaş: