Prezident Filippin və Kambocanın yeni səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının və Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Globall.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev Filippinin yeni səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: