İKİ GENERALA YENİ ALİ RÜTBƏLƏR VERİLDİ -
Prezident sərəncam imzalayıb
General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.
Bundan əlavə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib. Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanıdır
Oxunub: 745
Xəbəri paylaş
Paylaş: