Deputatdan rüsumların çox artırılmasına etiraz:
“CƏMİYYƏTİN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ”
Globall.az-ın xəbərinə görə, deputat rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyini, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağını araşdırmağın lazım olduğünu bildirib: “Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk?
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20%, bəzilərində 30-50% artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir.