“Burada təəccüblü heç nə yoxdur”-
Nazirliyin 30 minlik tenderi
Nazirliyin rüşvətxorluqla mübarizə üçün qalib şirkətə 30 min manat ödəyəcəyi sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov gün ərzində məsələyə münasibət bildiriləcəyini deyib.
Modern.az məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikirlərini öyrənib.
Deputat açıq tenderin qalibi olan şirkətin beynəlxalq məsləhət şirkəti olduğunu diqqətə çatdırıb.
M.Quliyev nazirliyin o şirkətlə işləmək təcrübəsini xatırladaraq qeyd edib ki, burada təəccüblü heç nə yoxdur:
“Digər tərəfdən, idarəetmənin təkmilləşməsində, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə, bürokratik əngəllərin aradan qaldırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq treninqlərin keçirilməsi çox vacib məsələdir. Yeniliklərin tətbiqi üçün biz mütləq beynəlxalq təcrübəni öyrənməliyik.
M.Quliyev deyib ki, təcrübənin öyrənilməsi üçün belə tenderlər olmalı, müqavilələr də bağlanılmalıdır. O, idarəetmənin təkmilləşdirilməsində bu cür şirkətlərin xidmətlərindən istifadəni vacib hesab edib.