Ermənistan ordusunun 16 noyabrda cəbhədən qaçan batalyon komandiri həbs edilib
Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti - batalyon komandiri həbs edilib. Report xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.
Onun adı açıqlanmır. Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.
Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, zabitlə yanaşı, daha bir neçə hərbi qulluqçu həbs olunub.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: