Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub - 51 ölü, 63 yaralı
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.
Məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.
Rusiya föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.
Oxunub: 369
Xəbəri paylaş
Paylaş: