SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikdi -
VİDEO
Bu ilin sentyabr ayında isə Azərbaycanın müvafiq dövlət qurumları sözügedən yolda gömrük postu qurub və İran nömrəli yük avtomobillərindən gömrük rüsumu tələb etməyə başlayıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov faktı təsdiqləyib və bildirib ki, böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir:
“Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.
SOCAR rəsmisinin sözlərinə görə, YDM özünəxidmət üsulu ilə fəaliyyət göstərəcək:
“Belə ki, müştərilə YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir.