KOMMUNİKASİYA XƏTLƏRİ AÇILIR! - Qərarlar gələn həftə elan olunacaq
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bugünkü Soçi danışıqlarında Cənubi Qafqazda bütün kommunikasiya xətlərinin açılması barədə razılığa gəlinib. Konkret qərarlar isə gələn həftə elan olunacaq.
Bu barədə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
"Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir.
Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar.
Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm", - Putin danışıqlardan sonra bəyan edib.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş:





















