İdlibdə 2 türk əsgəri öldürülüb – 1 yaralı var
Suriyanın şimal-qərbində İdlib əyalətində raket zərbəsi nəticəsində iki türk əsgəri ölüb.
Strateq “AP”-yə istinadla xəbər verir ki, Cümə axşamı radikal qrupların həyata keçirdiyi hücumda daha bir əsgərin yaralandığı bildirilib.
Müdafiə Nazirliyi Türkiyə artilleriya qurğularının dərhal güclü qisas aldığını söyləyib, ancaq əlavə məlumat verilməyib.
Hücum Türkiyə və Rusiya arasında atəşkəs razılaşmasından 2 həftə sonra baş verib.
Fevral ayının əvvəlindən bəri İdlibdə 60-a yaxın türk əsgəri öldürüb.
Türkiyənin bəyanatında hücum üçün məsuliyyət daşıyan qrupun adı qeyd olunmayıb.
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: