Almaniyada koronavirusun yeni “omikron” ştamı aşkarlanıb
CAR-dan qayıtmış Almaniya vətəndaşında koronavirusun yeni “omikron” ştamı aşkarlanıb.
TASS xəbər verir ki, bu barədə Hessen əyalətinin sosial işləri naziri Kay Klose məlumat verib.
O, yoluxmuş şəxsin təcrid olunduğunu bildirib.
Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.
Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: