ABŞ dövlət katibi Qarabağ məsələsini qaldıracaq - ATƏT-in NAZİRLƏR TOPLANTISINDA

ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə ATƏT-in Nazirlər Şurasının iclasında qaldıracağı mövzulardan biri Qarabağla bağlı olacaq,
Bu barədə Turanın ABŞ-dakı müxbiri məlumat verib.
“Dövlət katibi Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü və Ukrayna və Gürcüstanın suveren ərazilərinin işğalı, Qarabağ münaqişəsi, o cümlədən Belarusdakı hadisələrlə bağlı xüsusi narahatlığını ifadə edəcək”, - deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried bildirib.
Onun sözlərinə görə, dekabrın 1-də Blinken Stokholma gələcək və orada həm də İsveç rəsmiləri ilə görüşəcək.
“Biz dövlətlər arasında suverenlik və ərazi bütövlüyünə və dövlətlər daxilində əsas müddəalara hörmət edən hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstəyimizi bir daha təsdiq edəcəyik”, - Donfried deyib.
Birləşmiş Ştatlar Ukrayna ilə sərhədə yaxın yerdə qoşunların cəmləşməsinə də cavab vermək niyyətindədir.
“Biz həmçinin bu məsələdə Ukrayna və müttəfiqlərimizlə məsləhətləşmələr aparmağa davam edirik”, - o vurğulayıb.

Oxunub: 213
Xəbəri paylaş
Paylaş: