Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Fransa UEFA Millətlər Liqasının qalibi oldu
  • İlham Əliyev: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”
  • İlham Əliyev: "Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik"
  • Gümüş medal qazanan idmançılara 200 min, bürünc medalçılara 100 min manat veriləcək
  • "LAÇIN DƏHLİZİNƏ ÇIXDIQDA DÜŞMƏN BİLDİ Kİ..."- Prezident
  • “Əliyev müqaviləsi”: “Müharibəni və sülhü qazanan bütün Qafqazı xilas edir”!- “Ruskiy mir”lə yanaşı, fars millətçiliyi və Turan idealları…"

    • Tarix: 29-11-2021, 13:30

    Əgər məğlubiyyətdən sonra barışa getməzsə, Ermənistan özü boyda Qarabağa çevrilər...





    Əliyev Kazimirova “Gümüş əsr” restoranında Arkadi Qukasyan və Zori Balayanla yeyib-içməsini…


    Zahid ORUC

    Bismarkın “qan və dəmir”lə bir araya gətirdiyi torpaqlarda təkcə Fransa ilə meydana çıxan üç müharibədən sonra qoca Avropada, nəhayət, filosofların və siyasi mütəfəkkirlərin birləşmə idealı qalib gəldi, faşizmin süqutundan sonra dağıdıcı müharibələrə son qoyuldu, “təhlükəsizlik dilemması” birgə həll olundu, “vahid Avropa” arzusu yeni elitaların əsas dövlət kursuna çevrildi. 
    Elzas və Lotaringiya, Rur və Saar kimi məşhur vilayətləri dəfələrlə əldən-ələ keçən, sonuncuları Millətlər Liqasının idarəçiliyinə verən almanlar 3-cü Reyxin məğlubiyyətinin ardından külə dönmüş ərazilərdən boy verib yenidən dirçəlməyə başladılar.

    Doğrudur, almanları təkcə qalib Stalin bölməmişdi, qələbəyə şərik qərbli müttəfiqlər də işğal etdikləri - qənimət kimi ələ keçirdikləri torpaqları 1919-cu ildə imzalanan “Versal müqaviləsi”nin şərtləri altında idarə edirdilər, yəni məğlub etdikləri bir xalqın təzədən münaqişə çıxarmasının qarşısını almaq və güclü ordu qurmasını əngəlləmək üçün Amerika başda olmaqla Fransa-Britaniya cütlüyü “şimali və cənubi Almaniya” yaratmaq yolu ilə “yeni Bavariya, Prussiya milləti” formalaşdırmaq niyyətindəydilər.

    Razılaşın ki, belədə Avropanın təkcə etnik-milli xəritəsi dəyişir, qitənin gələcək müharibələrə sürüklənməsi qaçılmaz olurdu. 



    O vaxt birləşmə planını Şarl de Qola təqdim edən Jan Mone adlı sahibkar Almaniyanın güclü sənaye mərkəzləri üzərində nəzarətinə imkan verməmək üçün Rur, Saar və Reyn vilayətlərini həmişəlik Parisin sərəncamına vermək təklifi ilə çıxış etmişdi.

    Doğrudur, ideya gerçəkləşmədi, çünki amerikalılar Fransanın Qərbdə həlledici mövqe qazanmasını və iqtisadi güc yığmasını istəmirdilər, lakin dünənədək düşmən səngərlərdə bir-birinə qarşı duran milyonlarla avropalının elə həmin müharibələrdən ittifaqı doğuldu.

    Saar və Rurun təbii ehtiyatlarının birtərəfli qaydada yalnız almanların hərbi potensialını artırmasının qarşısını almaq üçün ənənəvi rəqiblər və keçmiş imperiya mərkəzləri yığışıb “Kömür və Polad ittifaqı” yaratdılar. Müasir Avropa Birliyinin qurucu ataları Jan Mone və Rober Şumanın güclü məntiqi və praqmatik hesablamaları qalib gəldi.
    Beləliklə, 19-cu əsrin imperiyaları Avstriya, Hollandiya, Almaniya, Fransa və digər mərkəzlər müharibələrdən cana doyan, yorulan xalqlarına barış və anlaşma, rifah və çiçəklənmə, daha sonra vahid valyuta, kollektiv təhlükəsizlik və Şengen zonası kimi sərhədsiz məkan - indiki 447 milyonluq nəhəng Avropa Birləşmiş Ştatları qismət oldu.
    Əks halda, koloniyalar üzərində hökmranlıq keçmişi ilə öyünən avropalı siyasətçilər öz paytaxtlarına Florensiya və Venesiya kimi muzey eksponatıtək baxacaqdılar.



    Lakin Sovetlər Birliyinin çöküşü ilə 3-cü Roma statusuna iddia edən qədim Moskvanın yeni elitası 90-cı illərdə çevik və strateji düşünməyi bacarmadı, Vaşinqton və Brüssel qarşısında sazişçilik və itaətkarlıq göstərdilər, bununla da Lenin-Stalinin nailiyyətlərini yerlə bir etdilər, eləcə də çar Rusiyasının əsrlərlə qan töküb aldığı mövqelərdən geri çəkilməyə məcbur oldular.

    Halbuki müstəqilliyin ilk illərində Kreml strateqləri, nəhəng hərbi-sənaye kompleksi və yeni güc-hakimiyyət qazanan iqtisadi mənafe qrupları ingilislərin “Böyük Oyun” adlandırdıqları - 19-cu əsrin üçdə ikisini, 20-ci əsrin isə əvvəllərini əhatə edən diplomatik, siyasi və sonda 3-cü ölkələr vasitəsilə aparılan gerçək silahlı vuruşmaları sadəcə “Şərq məsələsi” adlandırıb üstündən keçməsəydilər, indiki kimi “yaxın xaric” saydıqları ərazilərdə qeyri-sabitlik zolağı qazanmaz, ikiqat müdafiə istehkamı qurmalı olmazdılar. Bəli, gərək tarixi yaxşı öyrənəsən, xüsusilə də siyasət qurucuları min illik zaman ölçüsündə makroskopik düşünməyi bacarmalıdırlar. 



    Keçmişdən söz düşmüşkən, iki yüz il əvvəl 1828-ci ildə imzalanan “Türkmənçay müqaviləsi” onun hazırlanmasında əvəzsiz rol oynayan diplomat-şair Aleksandr Qriboyedovun taleyində faciəli rol oynayanda Rusiya və İran dövlətləri 30 illik qanlı müharibədə təkcə region xalqlarını deyil, öz ordularının da say-seçmə generallarını, cəngavər oğul və qızlarını itirməli olmuşdular. Təkcə çeçen-rus savaşının iki əsr əvvəlki statistikası vahimə doğurur. 

    1814-1867-ci illərdə davam edən savaşda ölən və yaralıların sayı 200 min nəfərdən çox idi. Halbuki ondan sonra da münaqişə ocağı sönmədi - istər sovet, istərsə də növbəti illərdə Çeçenistanla davam edən silahlı toqquşmalar hazırkı Rusiyanın demoqrafik böhranına səbəb olduğunu, Qafqazda qalıcı sülh formulunu tapmağı tələb edirdi.



    Qriboyedovun “Ağıldan bəlası”nın onun öz taleyində necə yaşandığını görməkdən ötrü uzun zaman gözləməyə ehtiyac qalmadı. Cəmi bir il sonra hər şey məhz fatalist bir dramaya, 1829-cu il yanvarın 30-da iki dövlət arasında bağlanan aktın ildönümündə mistik bir qətliama doğru irəliləmişdi.
    Təsadüfdən, ya zərurətdən ingilislərin məğlub dövlət rəhbəri Abbas Mirzəyə verdikləri silah da məhz müqavilənin epiloqunda açılmışdı. Axı səfir necə öldürülə bilərdi? 

    İran şahından qalib Rusiyanın əldə etdiyi böyük bac-xəracı Qriboyedovun müstəsna xidmətləri ilə qazanan qalib general İvan Paskeviçin çara məktubu təkcə təslimiyyət traktatının hazırlanmasında şairin oynadığı misilsiz rolla bağlı deyildi, həmçinin iki yüz il davam edən erməni-azərbaycanlı savaşının “xəmsə”si sayılacaq razılaşmanın imzalanması ilə Qarabağa, Naxçıvana və digər torpaqlara kütləvi köçün səbəb olduğu ilk qurbanları görmək baxımından da qiymətlidir.

    Axı şahın xəzinəsinin açarlarını daşıyan Yaqub Markaryan adlı erməni on minlərlə soydaşı ilə birgə qaçıb axın etdikləri Rusiya səfirliyinin binasını sığınacağa - səngərə çevirəndə nəinki parlaq ədəbi simanı, eləcə də ölümünə bais olduqları 37-dən artıq kazak dəstəsini qəzəblənmiş 100 minlik kütlənin ayaqları altında qoyacaqlarını bilməliydilər.

    Qriboyedovun missiyası həm də ona görə acı sonluqla bitdi ki, o dvoryan və zadəgan sinfinə bəslədiyi kin-küdurəti qələmə aldığı gündəliklərdə müxtəlif ədəbi təhkiyyələrlə dilə gətirsə də, dövlətinə və xalqına ləyaqətlə xidmət edirdi. “Rusiyanın diplomatı olmaq şərəflidir”, - deyən ədibin Gürcüstanda - Müəqəddəs David kilsəsində torpağa tapşırılan tanınmaz hala salınmış cəsədinə - başı bədənindən ayrılmış cisminə münasibətdə iki əsr bir-birini əvəzləyən gürcü hakimiyyətləri də daim yüksək ehtiram göstərmişdilər. 

    Hətta 2008-ci ilin beş günlük müharibəsinin baş qəhrəmanı, hazırda həbsdə can savaşı verən Mixail Saakaşvili də eyni ehtiramı sərgiləmişdi.
    Lakin Qriboyedovun xələfləri onun əsərlərini görünür, diplomatiya dərsləritək əxz edə bilmədilər. Düz 160 il sonra Kremlin əbədi vasitəçi missiyasına rəhbərliyə başlayan Vladimir Kazimirovun 1992-1996-cı illəri əhatə edən, lakin indinin özündə də yazılmaqda olan “Qarabağa sülh” adlı əlyazmaları ilə tanış olarkən başqa fikrə yer qalmır.

    Sovet diplomatiyasının ataları Çiçerinin, Molotovun ənənələrini davam etdirən “Qazi və Mir” soyadlı-gen mühəndisi, səfir istər “Ağ kitab”ında, istərsə də qəzet səhifələrində münaqişənin tarixi köklərinə - üç əsrlik keçmişinə qayıdarkən zərrə qədər ədalətli ola bilmir, 1905-1906-cı illərin, o cümlədən Cümhuriyyət dövrünün qırğınlarını Xankəndini hərbi yolla ələ keçirmək istəyən azərbaycanlılarda axtarır.
    Halbuki Kazimirov Qriboyedovdan fərqli olaraq, SSRİ-nin dağılması ilə Qafqazı ələ keçirməyə çalışan Qərb dövlətlərinin hər addımda Moskvanı qonşuları ilə düşmənə çevirmək üçün Qorbaçov-Yeltsin duetinin səhvlərindən necə faydalandığını, Rusiya çarları, Lenin və Stalinlə müqayisədə sonuncu sovet rəhbərlərinin milli respublikalara münasibətdə siyasi qəddarlığını və özünün də o sırada yer aldığını söyləməkdə acizlik göstərir.

    Doğrudan da sülh təşəbbüslərinin hansı paytaxtdan verilməsi özlüyündə Ermənistan və Azərbaycan üzərində nüfuz, təzyiq qazanmaqda müstəsna rolu vardı.
    ABŞ-ın 12 may 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasını soyuq qarşılaması, ATƏT-in Minsk qrupunu yaradıb Moskvanın o zamankı zəifliyindən yararlanması, Rusiyanın təkbaşına hərb-sülh missiyasına son qoyaraq diqtə edən tərəfə çevrilməsi Finlandiyadan İsveçə qədər kiçik dövlətləri Vaşinqtonun çoxməchullu planlarına qoşmaqla mümkün olmuşdu, lakin rusiyalı səfirin “güclü siyasət adamı” adlandırdığı patriarx Heydər Əliyevin ağır hakimiyyət mirasını qəbul edərkən taktiki manevrlərlə və hərbi-iqtisadi tədbirlər hesabına uduzulmuş mövqelərdən bəzilərini geri qaytarması unudulmaz tarixi hadisədir. Əlbəttə, Kazimirovun “Qarabağ gündəliyi” “Gülüstan və Türkmənçay traktatlar”ı ilə müqayisədə zəif əsərdir, çünki Azərbaycanı hər addımda günahlandırmaq əsrlərlə bir coğrafiyada yaşayan ruslarla azərbaycanlıları düşmən etmək istəyən dövlətlərə sərfəli olduğu üçün onu son 30 ilin mötəbər külliyatı adlandırmaq olmur.

    Lakin Qriboyedovla müqayisədə Kazimirovun “Qarabağda sülh”ü ermənilərə müstəqillik verməkdə görməsinə Heydər Əliyevin cavabı indiki zaman zirvəsindən daha təsirli görünür. Həyatının üçdə birini Qafqazın ən qədim münaqişəsini daha da düyünə salmağa yönəldən diplomatın mandatı başa çatanda Kremlin labirintlərindən mənən qalib çıxan Əliyev Kazimirova “Gümüş əsr” restoranında Arkadi Qukasyan və Zori Balayanla yeyib-içməsini əks etdirən fotonu təqdim edir.

    Razılaşın ki, Əliyevə xas çekist məharəti təkcə bir şəxsin məkrli oyunlarına verdiyi qiymət deyildi. Sadəcə qafqazlılar borclu qalmağı sevmirlər. Hər gün cəbhədə növbəti yaşayış məntəqəsini ələ keçirən erməni səhra komandirlərinə belə münasibət Şimali Qafqaza sıçrayan separatizmin baş səbəbi oldu.

    Əks halda, Ermənistanda 90-cı illərdə səfir olan Vladimir Stupişinin qələmə aldığı “Mənim missiyam” kitabında Rusiyanın regionda varlığını yalnız İrəvan və Qarabağda hərbi-siyasi iştirakdan ibarət görməsi uzun on illər birtərəfli siyasətin nəticələrini Kremldə görməyə imkan vermirdi. Əvəzində Qərb Azərbaycanı antimoskva planlarına qoşulmadığı üçün cəzalandıranda nə Kazimirov, nə Stupişin, nə də onların mərkəzi hamiləri dinmirdilər. 



    Halbuki Kazimirovun hazırladığı “konfliktlərin atlası” Moskvanın gələcək elitası üçün əks yolgöstərən ola bilərdi. SSRİ-ni dağıtmaq ssenarisinin eynilə Rusiyaya qarşı tətbiq olunduğunu görmək üçün gərək Qriboyedovun qəbri önündə tarix imtahanından keçəsən.

    Gürcüstanın Abxaziya və Cənubi Osetiya torpaqlarında cəmi 13 min kvadrat kilometrə yaxın ərazidə, sayı 300 minə çatan kiçik toplumlara iki dövlət qurub vermək regionu xırda subyektlərə bölərək Pankisidən Qroznıya uzanan Xəttabın ordularına yol açmağa yaradı.
    Əlbəttə, Qamsaxurdiyadan Saakaşviliyədək gürcü rəhbərlərinin antimoskva siyasəti onları cəzalandırmağı tələb və Qərbin Tiflisə himayədarlığını əks tədbirlərə vadar edirdi.
    Eləcə də Moldovanın Rumıniya ilə birləşməsinə yol verməmək üçün Dnestryanı bölgədə 30 illik qeyri-sabitlik zolağının, milli-etnik savaşların bütün sərhəd boyu mina kimi əkilməsindən başqa bir şey deyil. 

    Nəhayət, son 7 ildə böyük toqquşmaya çəkilən vahid slavyan xalqları - Ukrayna, Krım, Donbas ətrafındakı silahlı toqquşmalar, küll halında, Dağlıq Qarabağdan törəyən 30 illik dağılma prosesinin növbəti həlqələridir və “xalqlar dostluğu” şinelindən çıxanların “çoxəsrlik düşmənçilik” genlərinin oyanmasıdır.

    Gizli inqilabi emissar kimi Qafqazı əla tanıyan İosif Stalinin silahdaşlarının iradəsini qıraraq, Ermənistanı və Azərbaycanı hissələrə bölməyi deyil, əksinə daha da genişləndirməyi, İran ərazilərini də ələ keçirmək istəyi, ordularını çəkib Təbrizə, yaxud Trabzon sərhədlərinə qədər getməyi “xalqlar atası”nın nə üçün tarixdə “diri” qaldığını görməyə imkan verir.

    Ona görə də Kazimirov ermənilərlə “Serebryannıy vek” restoranına yox, Moskvanın “Qızıl dövrü”nə qayıdıb bir əsrlik yaşında, heç olmasa indi Troitsa qarşısında həqiqətləri söyləməlidir. Bəli, Rusiyanın ən böyük silahı ədalət olmalıdır.
    Çünki üstündən üç on illik keçəndən sonra Azərbaycan sübut etdi ki, iki xalqın etnik düşmənçiliyinin kökləri Qarabağa bağlı deyil, tam əksinə 300 illik tarixin dialektikası bir neçə on illər boyu həm siyasət, həm idarəçilik və inzibati tabeçilik zamanı yaşanan kütləvi qırğınlar müxtəlif əsrlərdə fərqli intensivlikdə, dəyişən miqyasda və qeyri-sabit motivdə daim meydana çıxıb, indi də davam edir.

    Tarixdə ermənilərin qədim əhəmənilər, parfiyalılar, farslar, yunanlar və romalılar arasında bufer məkanda özlərinə məskən salması, xristianlığı ilk sırada 3-cü əsrdə qəbul etmələri, xüsusilə də dini seçimlərinin inanc üzərindən deyil, sağ qalmaq ehtiyacından irəli gəlməsi, imperiya ordularının tərkibində titullu döyüşçülər silkinə mənsub olmaları, Mark Krasdan Spartaka qədər savaşlarda məharət göstərmələrini daim vurğulayır. 
    Osmanlı, Rusiya və Pers imperiyaları tərkibində onların yaşadıqları aqibətdən danışanda bütün bəlaların kökünü son 100 ilə bağlamaq tarixə xəyanətdir. 

    Yəni, Stalinin Kislovodskdan Orconikidze və Kirovun xahişi ilə Tiflisə - Qafqaz komitəsinin yığıncağına gəlməsi və orada verilən qərarlar SSRİ-nin dağılması zamanı ermənilərə Qarabağın müstəqilliyini elan etməyə əsas verə bilməzdi.

    Qədim Roma dövlətinin yuxarı ranqında, cəngavər döyüşçüləri statusunda olduğunu iddia edən ermənilər son əsrdə müxtəlif imperiyaların arasında yanlış səngər seçərkən dəhşətli fiziki və mənəvi itkilər yaşamağa məhkum idilər.
    Doğrudur, Stalin marksist və materialist olaraq, etnik-milli müharibələri geriliyin nəticəsi sayırdı, lakin millətçiliyi oyadıb onun üzərində dövlət qurmaq Avropaya olduğu kimi, Qafqazlara da faciələr gətirdi.
    Halbuki Qarabağsız Ermənistan 100 il əvvəlki reallıqda bir ayrı liderlərin başçılığı altında türk, fars, rus və ingilis imperiyaları arasında fərqli siyasətlə regionun İsverçəsi ola bilərdi.
    İki dağın arasında - Ağrı və Qafqaz yüksəkliklərində həqiqətən “cəngavər keçmişi”nə malik olanlar indi yalnız kilsə və ruhaniyyət, ticarət və xidmətçilərə çevrilmələrinin səbəbini mifik iddialarında görməliydilər. 



    Yoxsa, qlobal dəyişikliklər zamanı hər fürsətdə özünə mənfəət axtaran xalqın gələcəyi olmaz. Son 30 ildə Ermənistanı yalnız xarici dövlətlərin iradəsinin məhsulu kimi təqdim edəndə öz vətəndaşlarını və milyonların “mən”ini məhv edirsən. 
    Ona görə ötən ilki döyüş meydanında məğlub olan ayrı-ayrı müxalif qruplarının dediyi kimi Paşinyan hakimiyyəti deyil, məhz xalqdır, onun fəlsəfəsidir, dünyagörüşüdür, seçdiyi ideallardır. 
    İnkarçılıq mərəzi, əsaslandırılmamış optimizm və institusional zəiflik, qeyri-təkmil ideologiya və şovinizm mədəniyyəti başqa hansı nəticələri doğura bilərdi ki?

    Əlbəttə, Azərbaycan son 30 illik tarixin dərslərini hamıdan yaxşı öyrənib və indi nəinki yerləşdiyi coğrafiyanın, eləcə də dünyanın ən ayıq millətidir.
    Ona görə də Suriya, Liviya, Krım və Cənubi Qafqaz arasında yaranan vahid geosiyasi xəritədən gələn təhlükələrdən öz taleyini asılı etməmək üçün bütün resurslarını səfərbər edir. 
    Yaxın Şərqdəki qeyri-sabitlik ocağının, yaxud Türkiyə-Rusiya ordularının ən azı üç hərbi meydanda sürətlə dəyişən mövqelərinin bizə təsir etməməsi üçün yollar aranır. 
    O üzdən nəinki müstəqillik, eləcə də çoxəsrlik tarixində qazandığı ilk böyük qələbəsini yalnız özünün, ayrıca bir millətin və ya bir ordunun Zəfəri hesab etmir. Prezident İlham Əliyevin uğur formulunun sirri də bundadır.

    Tarixdə mövcud olan, lakin son 30 ilin məhv etdiyi bütün kommunikasiyaları, ticarət və xalqlararası kanalları bərpa etmək təkcə bir bölgəyə deyil, dünyaya rəhbərlik deməkdir. Axı bir vaxtlar “Amerika arzuları” sadə bir istəkdən törənmişdi - kapitalın, ideyaların və hərəkətin önünü aç, onda dünyanın sahibi olacaqsan.
    İndi Əliyevin missiyası əsrlərlə düşmənçiliyə və nifrətə investisiya qoyanlara müqavimət göstərib region xalqlarına qalıcı sülh gətirməkdir. Qələbəni ixrac etmək, onun arealını genişləndirmək və yaymaq Əliyevin “Qafqaz Sülh paktı” adlandırıla bilər. 

    Sözsüz ki, o razılaşma yalnız iki xalq arasında deyil, onu əsrlər boyu burada hökmran olan imperiya varislərinin hər biri ilə imzalamış olursan.
    Ona görə Şuşanın sahibi Pənahəli xanın çalışdığı, Cümhuriyyətin qurucusu Rəsulzadənin can atdığı, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin möhkəm təməllər üzərində yaratdığı ədalətli Sülh platformasını 21-ci əsrin qalib lideri İlham Əliyev həyata keçirir.

    Cəmi iki ay əvvəl “Xeybərin fəthi” planı ilə qoşunlarını Araz hövzəsinə yığan İran dövləti övladı saydığı Bakını Zülfüqar raketləri ilə qazanmağın mümkün olmadığını yaxşı bilir. Silahla dağıtmaq və kütləvi qırğınlar törətmək olar, lakin fəth üçün onlar kifayət deyil. Elə olsaydı, Ermənistan yer üzündən sildiyi 7 rayonda fərqli bir vətən inşa edərdi.

    Lakin əvəzində tarix ayrı bir nümunəni tanıyır: 1895-ci ildən başlayaraq, çar Rusiyası zirehli çəkmələrlə gəldiyi torpaqları süngü gücü ilə deyil, rifahla qoruyub saxlamaq üçün o vaxtkı Tiflisdən İrəvana, Qarsdan Culfaya, Təbrizdən Bakıya qədər düzgün olaraq “Zaqafqaziya” adlandırdığı ərazilərdə polad magistrallar salaraq İran şahları ilə savaş apardığı ərazilərə milyon tonlarla yük daşıyırdı və xalqlara orta əsr geriliyindən çıxmağa kömək edirdi. 

    Təsadüfi deyil ki, məşhur lend-liz proqramı ilə ABŞ-Britaniya hərbi texnikası, silahları alman faşizmi ilə mübarizə üçün 1941-ci ildə məhz həmin yolla sovetlərə çatdırılmışdı. 

    O zaman Bakı və İrəvan arasındakı dəmir yolu şəbəkəsi Hindistandan Avropaya qədər ticarət qovşaqlarının bir hissəsini təşkil edirdi. Nəticəsi hamıya bəllidir: Ermənistanın Stalinə nifrəti çarizmin və bolşeviklərin qurduğu bütün mirası dağıtmaqda özünü göstərir. 
    Əvəzində özləri tam çıxdaşa çevrilib. İndi müharibədə məğlubiyyətin gətirdiyi soyuq ağıl və rasionallıq Paşinyanı fərqli danışmağa vadar edir: “Biz bölgədə körpü salmağa çalışırıq, Şimal və Cənub, Qərb və Şərq arasında ötürücü naqil olacağıq və sülh erası quracağıq”. Gerçəkdən də inanılmazdır.
    Uzun illər nifrətlə baxdıqları Bakının tribunasından verilən bəyanatların sözbəsöz təkrarıdır. Lakin məşhur dövlət xadimi Klemonso deyirdi ki, düşməninə bənzəmək istəyəndə savaş bitir.

    Əgər məğlubiyyətdən sonra barışa getməzsə, Ermənistan özü boyda Qarabağa çevrilər. 30 ilin sərhəd tanımayan iddialarını və işğalını aparan tərəf rəqibindən ədalət və çərçivə tələb edir.
    Üstəlik, nişanlamadığın sərhədlərin açılması bir əsrlik nifrət yağdırdığı Türkiyəyə sülh danışıqlarında yüksək mandat qazandıracaq və Moskva-Ankara ittifaqını daha gücləndirəcək.
    Əlbəttə, Qərb buna qarşı olacaq. Çünki müharibə kimi sülh planı da “imperiya maraqları”na xidmət sayılır. Təsadüfi deyil ki, keçmiş səfir Robert Sekuta Amerikanı Cənubi Qafqazda fəal addımlara səsləyir. Əbədi, dəyişilməyən devizdir. Düz yüz il əvvəl britaniyalı Lord Kerzon deyirdi: “Türküstan, Əfqanıstan, Xəzər regionu və Persiya deyəndə çoxlarında yadlıq, uzaqlıq hissi doğurur, lakin mənə görə onlar dünya hökmranlığı üçün şahmat fiqurlarıdır”.
    Çox dəqiq ifadə edilən və zamanın dəyişilməz ruhunu göstərən imperiya şüarıdır. Ona görə də Qərblə savaşan Rusiyanın Qarabağdakı mandatı ona bütün dünyada yeni nüfuz qazandıra bilər.
    Əgər Gürcüstandan Moldovaya qədər böyük bir zolaqda ərazi bütövlüklərinə dəstək verilərsə, bolşeviklərin silah və birlik ideyasıtək Moskva-Ankara ittifaqının planları qalib gələr. Hamı yaxşı başa düşür ki, Rusiyanı məğlub edərək torpaq bütünlüyünü təmin etmək və sepatarçı rejimləri yox etmək mümkün deyil.



    Ona görə də sülhməramlı orduların missiyası təkcə Xankəndində deyil, bütün regionu əhatə edir, mandatı da Ərdoğan-Əliyev-Putin triadasının strateji planları müəyyənləşdirir.

    Göründüyü kimi, “ruskiy mir”lə yanaşı, fars millətçiliyi və Turan idealları arasında “Azərbaycan kultu” güclənir, “azərbaycanlı milli mən”i böyük coğrafiyada özünə cazibə qazanır. Avrasiyanın yenidən şəkillənən iqtisadi-siyasi-hərbi-təhlükəsizlik xəritəsi Prezident Əliyevin 300 illik müharibəyə son qoyması ilə tarixə möhürünü vurur. 
    Əliyevin Ərdoğan və Putinlə eyni səmiyyət, etibar əsasında bir-birinə əl, çiyin verməsinin sirri məhz budur. Qafqaza özü boyda Lələ təpə yüksəkliyi kimi baxanda, yeni eranın haradan başlandığını görə bilirsən. 



    Bir vaxtlar ərazi mübadiləsi ideyası ilə qoca Şərqin qanlı müharibələrinə son verməyə çalışan çekist Pol Qobl indi deyir: “Füzuli hava limanı regionu birləşdirəcək”.
    Əlbəttə, amerikalı siyasətçi tək bir nəqliyyat vasitəsinə əsaslanıb o sözü deməz.
    Söhbət müharibələrin yerinə qarşılıqlı tanıma və anlaşma hissinin gəlməsindən gedir. Gerçəkdən də Böyük Avrasiyada axıdılan qanın durdurulması hər iki xalqın - erməni və azərbaycanlıların İlham Əliyevin tarixi missiyasını dərk etməsindən asılıdır. Çünki yalnız O, xilas edir və birləşdirir.

    Əsərləri ilə sovet xalqlarının sevimlisi olan Rəsul Həmzətovun həyatının sonunda etdiyi səhvə görə gələ bilmədiyi Qarabağın səmasından indi Azərbaycan təyyarələri azad uçuşlar həyata keçirir.

    Bəli, Ermənistanla düşmənçilik milli gücümüzün böyük bir hissəsini istismar edir, daha böyük ideallara yönəlməyə qoymur. 
    Halbuki Qələbəmizi xarici siyasətdən təhsilə, Böyük qayıdışa, İrəvana dönüşə, bir sözlə, milli həyatın bütün sahələrinə qədər daşımağı bacarsaq, onda Bakı təkcə Azərbaycanın paytaxtı olmayacaq.

    Baxın, Şuşa digər dinlərin də məbədlərini daşıyır. Məhz məscid və kilsələrdəki ilahi səsləri birləşdirəndə o güclü olur! Qarabağa qayıdan sülhü əbədi etmək xalqımızın bir nömrəli amalı olduqca qurulan yeni ssenarilər iflasa uğrayacaq.
    Əlbəttə, 30 illik daşlaşmış məğlubiyyətin gətirdiyi faciələrə öyrəşmə duyğusu “Zəfərdə məğlubiyyət” axtaranlarla gərgin işləməyi tələb edir. Lakin bu dəfə “Ocağ”ı biz yazmalıyıq. 

    Dünyanın hər yerinə aparıla biləcək ədalət və ləyaqət, istilik və həyat rəmzi olan, qoca Şərqin əbədi sönməyən ocağını. Balayandan fərqli, Köçaryanın “bir yerdə yaşamağın qeyri-mümkünlüyü” iddiasının əksini göstərən kitab və həyat qurmaq məhz qalib millətin vəzifəsidir.

    Yalnız onda əsl dövlət ideyamız parlaq Zəfərdən sonra ölkəmizin dünyada dəyişən rolu və yerinə uyğun olacaq. Rusiyanın Qarabağda göstərdiyi sülhməramı ona dünyada çoxsərlik tarixin mirasını qəbul edərək, Qriboyedovn taleyindən yan keçərək, Yermolovun zirehli çəkmələrini, Leninin 11-ci Qızıl ordusunu və Qorbaçov-Yeltsinin qanlı tanklarını deyil, Putinin son görüşdə hədiyyə etdiyi müqəddəs “Zeytun budaqları”nın gerçək məqsədlərində axtarıla bilər. 

    O üzdən sülyaradıcı qüvvələrin 90-cı illərdə basdırılan 26 mindən artıq partlayıcı maddə və minanı təmizləməsi lokal ərazi hadisəsindən daha böyük məna daşıyır - Rusiya Qarabağa mina deyil, müqəddəs ağaclar əkməyə çağırış edir. 
    Belədə erməni oğulları atalarının dagıtdığı ərazilərdə üzr və kontribusiya olaraq, gəlib işləsələr, sülh şəraitində yaşamağın üsulunu taparlar.
    Elə Gorus-Qafan yoluna da itaət göstərmək, Hörmüz boğazına və Bosfora tabeçilik qədər əhəmiyyətlidir. Quru və dəniz yolu olması onları fərqləndirmir.

    Türkiyədəki kimi Qarabağda ermənilər statussuz yaşaya bilərlər. Onlara xüsusi imtiyaz verəndə dağıdıcı siyasi iddiaları meydana çıxır. “Biz kiçik ölkə, dünyəvi xalqıq”, - deyən prezident Armen Sərkisyan yaxşı başa düşür ki, dünyada olduğu kimi, ermənilərin yaşadıqları Türkiyə və Azərbaycana xidmət etməyin alternativi yoxdur.

    Əliyevin “sülh formulu” Britaniya ilə uğurlu bir uzlaşma tapmaqda, İranla gərginlikləri çözməkdə, Moskva ilə Brüsseli toqquşdurmadan Qələbənin nəticələrini rəsmiləşdirməkdə, bir vaxtlar Bakı-Tiflis-Ceyhandan keçən qlobal transmilli kəmərləri Zəngəzur regional qovşağına daşımağı bacarmaqdadır. 
    Müharibədə Zəfərin verdiyi, güclü ordunun diplomatiyada və siyasətdə qazandırdığı üstünlük budur.

    Ona görə də Paşinyanın Türkiyəyə - Azərbaycana qorxu dolu, həyacanlı müraciətinə bütün aydınlarımız cavab verməlidir: “Heç kəs Ermənistanı və erməniləri yer üzündən silməyi düşünmür”!

    Ağır metallurgiyanın vətəni olan Rur və Saarda topların istehsalına gedən polad və kömür üzərində qurulan birlik platforması kimi biz yaraya çevrilən Qarabağda yeni həyat və sülhü inşa etməliyik. Əliyevin xilaskar missiyası təkcə əks-həmlə savaşını başlatması deyil, həm də onu bitirməyi də bacarmasındadır!

    Gülüstan və Türkmənçay, Moskva və Qars müqavilələri ilə müqayisə aparmadan “Əliyev müqaviləsi” sülh və barış, ədalət və ləyaqət, əmin-amanlıq və rifah anlaşmasıdır. Yüz illərdir bütün resurslarını qanlı savaşlara və 3-cü dövlətlərin planlarına xərcləyən bir millətə yeni həyat fəlsəfəsi və yaşam ideologiyası verən bir siyasət…

    Xalqları müharibələrə səfərbər etmək sərkərdəlikdir, lakin “sülhə hazırlamaq” əsl dünya liderliyidir!
    Əliyev müharibəni uddu, indi sülhü qazanır!

    Oxunub: 304
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.