Saleh Rüstəmli azad ediləcəkmi... -
Zahid Oruc amnistiyanın ona şamil oluna biləcəyini açıqladı
Həbsxanada 23 gündür aclıq aksiyası keçirən Gədəbəy rayonunun keçmiş icra başçısı, Başkəndin azad edilməsi əməliyyatına rəhbərlik etmiş Saleh Rüstəmov həbsdən azad edilə bilər.
Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, onun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək.
Deputat qeyd edib ki, Zəfər amnistiyası S.Rüstəmova tətbiq edilə bilər: “Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar.
Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər.
Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burda hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir”.
Bu baxımdan Komitə sədri bildirib ki, məsələni müvafiq dövlət orqanları ilə müzakirə edəcək.