Prezidentin nazir müavini təyin etdiyi bolqarıstanlı qadın kimdir?- DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.
Globall.az xəbər verir ki, Mariana Vasileva-Toteva 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub.
Bolqarıstanın Sofiya şəhərindəki gimnastika klubunda çalışıb.
2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasından məşqçi işləməsi üçün dəvət alıb və Azərbaycanda çalışmağa başlayıb.
2009-cu ildən o, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. Ailəlidir, iki uşağı var.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: