Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
Press-fakt.az
    
  • Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
    Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
  • 
  • Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
    Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
  • 
  • Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
    Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
  • 
  • Netanyahudan hədə dolu çıxış:
    Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
  • 
  • Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
    Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
  • 
  • Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
    Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
  • 
  • "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -
    "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
  • 
  • Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
    Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
  • 
  • “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”-
    “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
  • 
  • Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı:
    Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
  • 
  • İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
    İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
  • 
  • Azərbaycanın adından milyonlarla dollar...-
    Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
  • 
  • Saleh Səmədovun qardaşı da həbs edildi -
    Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
  • 
  • “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”-
    “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
  • 
  • “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”-
    “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
  • 
  • Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq -
    Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
  • 
  • DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB - 
    DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
  • 
  • “Hətta elə vaxtlar olub ki...”-
    “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
  • 
  • Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
    Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
  • 
  • Gəncə Dövlət Universiteti bağlanır?-
    Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
  • 
  • Məktəb direktorları yeni qaydalarla seçiləcək
    Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • "BU, MİLLİ MƏSƏLƏDİR, HƏR KƏS BİLSİN Kİ..."- Prezidentin bayram təbrikinin TAM MƏTNİ

    • Tarix: 20-03-2020, 12:38



    Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib. Dövlət başçısı televiziya ilə yayılan təbrikində deyib ki, Novruz milli bayramımız, milli sərvətimizdir: “Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.
    Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.”.
    Prezident deyib ki, 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb olub: “İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır.
    İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.
    Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

    preizdent novruz təbriki ile ilgili görsel sonucu

    Dövlət başçısı Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi etdiyini deyib: “Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir”.
    Dövlət başçısı bildirib ki, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulub: "İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu iləəlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir.
    Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münxen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi”.
    Dövlət başçısı bildirib ki, bu il iqtisadi sahədə əldə edilmiş uğurlar sevindiricidir: “İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir. Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir”.
    Neftin dünya bazarlarındakı qiymətindən danışan dövlət başçısı bildirib ki, baxmayaraq ki, qiymət kəskin aşağı düşüb, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək: “Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.
    Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.".
    Prezident koronavirusla bağlı deyib ki, dövlətin əsas məqsədi bu xəstəliyin Azərbaycanda yayılmamasıdır: "Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.
    Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.”.

    preizdent novruz təbriki ile ilgili görsel sonucu

    Prezident deyib ki, bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar: “Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.
    Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o “beşinci kolon”dan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu "beşinci kolon"un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, "beşinci kolon", milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın".
    Dövlət başçısı sonda deyib ki, dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq: “Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq. Bir daha əziz xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
    Bayramınız mübarək olsun!"

    Oxunub: 666
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      31-10-2025
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      00:25 | Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
      00:20 | Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
      00:15 | “ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
      00:10 | Bill Qeyts bəşəriyyəti məhv edəcək SƏBƏBİ AÇIQLADI: İqlim dəyişikliyi deyil...
      00:05 | Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
      00:03 | "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
      00:00 | Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      16:40 | "GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
      16:15 | Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
      16:10 | Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
      16:05 | “MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
      16:00 | “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
      15:55 | “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
      15:50 | Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
      15:46 | "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur" -  İcraçı direktor
      15:35 | DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
      15:30 | “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
      15:25 | Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
      12:30 | Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
      12:00 | Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
      11:55 | MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
      11:44 | Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: DTX-nin saxladığı İCRA BAŞÇISI KİMDİR?
      11:30 | Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
      11:25 | Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
      11:00 | Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
      10:55 | “PUTİN BUNU ETSƏ, MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”- NATO ölkəsindən Kremlə XƏBƏRDARLIQ
      10:45 | Sərhədlərin açılması üçün heç bir maneə yoxdur -  Paşinyan
      10:30 | Tramp Çin lideri ilə görüşdü -   Ticarət rüsumları, çiplər, “TikTok” müzakirəsi
      10:20 | Yerli bazarda balığın bahalaşmanın səbəbi -  İxtioloq AÇIQLADI
      10:05 | Kişilərin ürəyi daha zəif olur - Kardioloq səbəbini İZAH ETDİ
      09:45 | DSMF-nin "işçisi"ndən PENSİYA DƏLƏDUZLUĞU - 3 nəfərdən 26 000 alana... ŞƏRTİ CƏZA
      09:30 | Təyyarələr niyə arxalarında ağ izlər buraxır?- Az adamın bildiyi gizli təhlükə
      09:15 | "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
      09:10 | Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
      09:05 | Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI - Şok RƏQƏM
      09:00 | Fəzail Ağamalının qızı həm DEPUTATDIR, həm də ŞİRKƏT RƏHBƏRİ - QANUN POZUNTUSU...
      08:55 | Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi - ADLAR
      08:53 | Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb
      08:50 | Si Cinpin və Tramp Cənubi Koreyada görüşüb
      08:45 | Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib
      29-10-2025
      21:00 | Etibar Məmmədov 2003-cü ildə İSA QƏMBƏRƏ NƏ TƏKLİF EDİB?- Sensasion Ramiz Mehdiyev detalı
      19:00 | Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri -  SİYAHI
      18:30 | ELTON MƏMMƏDOV BAŞ PROKURORLUĞA ÇAĞIRILDI - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
      18:25 | Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR - "NBC News"
      18:15 | Azərbaycanda aliment ödəyən qadınların sayı AÇIQLANDI
      16:30 | Pakistan Baş naziri Azərbaycana səfər edəcək -  Zəfər paradında iştirak edəcək
      16:25 |  "Qarabağ"-"Çelsi" oyununa bilet almaq olmur - "iTicket" saytı çökdü
      16:00 | Tək Mehdiyev və Əlizadə deyil, İSA HƏBİBBƏYLİNİ DƏ YOXLAYIRLAR - Prokurorluq AMEA-nı araşdırır
      15:45 | İsrail ordusu Qəzzada atəşkəs rejiminin bərpa olunduğunu elan etdi
      15:30 | Erməni keşişin intim videoları ilə bağlı qərar veriləcək
      15:20 | “Sanksiyalar yalnız başlanğıcdır”-  “Tramp bütün kartları əlində saxlayır və bu, onlardan biridir”
      15:15 | “WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb -  XƏBƏRDARLIQ
      15:10 | AİB indiyədək Azərbaycana 5,5 mlrd. dollar maliyyə vəsaiti ayırıb
      15:00 | MEHDİYEVİN MEDİADAKI “KEŞİKÇİLƏRİ”...- Qılıflarını dəyişərək yenə baş rollardadırlar
      14:30 | Putin Əliyevlə Bakıda saxlanılan rusların məsələsini müzakirə edib -  Peskov
      14:15 | AMEA-da Ramiz Mehdiyev və Akif Əlizadənin rəhbərlik dövrü  ARAŞDIRILIR
      14:05 | "Altay" tankının seriyalı istehsalı başladı - Hansı özəlliklərə sahibdir?
      14:00 | “O, qatildir, çox sərt adamdır...”- Trampdan qalmaqal yaradacaq AÇIQLAMA
      13:45 | BİRLİKDƏ BİR NEÇƏ MİLYON MƏNİMSƏYİBLƏR - Sübutlar iş materiallarına əlavə edilib
      13:30 | Çernobılda mavi rəngli itlər peyda olub -  FOTO / VİDEO
      13:27 | Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
      13:15 | Azərbaycanlılar Montoneqroya niyə gedir? - SƏBƏBLƏR
      12:30 | İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
      12:21 | “PUTİN BUNDA İSRARLIDIR...” -  ABŞ kəşfiyyatının hesabatında nə deyilir?
      12:15 | Rusiyaya dron hücumları -  Moskva üzərində 7 PUA vurulub
      12:00 | “Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir? VİP - 1000 AZN!
      11:55 | Mediatorlar arasında mübahisə məhkəmədə bitdi -  1000 manat CƏRİMƏ
      11:45 | Astarada hamilə gəlin TOYUNDAN BİR GÜN SONRA ÖLDÜ
      11:40 | Bakıda ucuz evlər satışa çıxarıldı - Güzəştli mənzillərin qiymətləri
      11:35 | Ramiz Mehdiyevin siyahısında 42 deputatın adı var - İDDİA
      11:30 | Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
      00:45 | Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI
      00:40 | Çarlz Dikkens və UŞAQLIĞIN KÖLGƏSİ: Travmanın ədəbi anatomiyası - Professorun YAZISI
      00:35 | Prezident xoş xəbər verdi:  “Hər birinizə 12 sot ayrılıb”
      00:30 | Bu gün - 29 OKTYABR Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
      00:25 | Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq
      00:20 | Qəzzaya güclü zərbələr endirilsin! -  Netanyahu əmr verdi
      00:15 | "ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR - Tramp
      00:10 | Əvvəllər 280 dollar idi:  Bakı ucuzlaşdırdı
      00:07 | Rusiyalı generalın oğlu belə məhv edildi - VİDEO
      00:05 | MİDA 627 mənzili güzəştlə satışa çıxaracaq
      00:00 | “Moskva bu cəhdləri bütün vasitələrlə yatıracaq”- Lavrov “Qafqazı və Orta Asiyanı vermərik” deyir
      28-10-2025
      20:00 | Dabaq xəstəliyi insana bu hallarda keçə bilər - Professordan AÇIQLAMA
      18:00 | “VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK, VERGİLƏR YÜKSƏLƏCƏK...”-  Rəqəmlər AÇIQLANDI
      17:50 | "Hər ay 8 “Altay” tankı istehsal olunacaq" -  Ərdoğan
      17:45 | MİLYONÇU qardaşların işində YENİLİK -  1 MİLYARDLIQ əmlaklarına HƏBS QOYULUB
      17:30 | Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib
      16:40 | Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu -  FOTO
      16:30 | Fəzail Ağamalının ÖVLADLARI:  HƏRƏSİNİN İKİ DİPLOMU VAR - FOTO
      16:15 | Rusiya Qazaxstan sərhədində görünməmiş tıxac -  Minlərlə rus maşını ölkəyə buraxılmır
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.