Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb
  • Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisi ilə görüşüb
  • "İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər"- XİN başçısı
  • Türkiyə və İran prezidentləri Aşqabadda görüşüblər
  • “İRAN İLK DƏFƏ DÜŞMƏNÇİLİKDƏN UZAQ ADDIM ATDI”- “Ağılları olsa, Türk Dövlətləri Təşkilatına qoşularlar...”
  • AŞQABAD MOSKVANIN TƏSİRİNDƏN ÇIXARILIR...- Türkmən qazının Avropaya yolu açılır

    • Tarix: 30-11-2021, 10:45



    İslam Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən toplantısı zamanı Türkmənistan, İran və Azərbaycan arasında qaz alqı-satqısı və nəqlinə dair müqavilə imzalanıb. “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” bilavasitə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə imzalanıb.

    Sazişin imzalanmasından sonra İran mediasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev sənədin “çox böyük əhəmiyyəti” olduğunu deyib: “Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

    İran prezidenti Seyid İbrahim Rəisi də imzalanan sənədi yüksək qiymətləndirib: “Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir”.



    İran mediasının yazdığına görə, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) dekabrın 1-dən qüvvəyə minəcək, lakin müqavilə üzrə qazın nəqlinə 2021-ci il dekabrın 25-dən başlanacaq. Azərbaycan İran vasitəsilə Türkmənistandan gündə 5-6 milyon kubmetr, ildə 1,5-2 milyard kubmetr qaz alacaq. Bu sövdələşmədən əldə ediləcək qazanc sayəsində İran öz qazını ölkənin beş bölgəsinə yönəldə biləcək.

    SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda istifadə olunur.

    2011-ci ildə eyni məqsədlə daha 4 milyard dollar da verilib. Borcu Aşqabad qazla ödəyirdi. 2021-ci ilin iyununda Türkmənistan Çindən aldığı bütün borcları bağladığını elan etdi. Çinin türkmən qazını neçəyə aldığı heç vaxt açıqlanmayıb. Yalnız 2020-ci ilin aprelində Çin statistika orqanının açıqladığı məlumatda qazın min kubmetrinin 227 dollara alındığı aydın olub. Bu ilin yanvarındakı qiymət isə daha aşağı - 187 dollar təşkil edib.



    Çin rəsmi statistikasına əsasən 2021-ci ilin yanvar-oktyabr aylarında Türkmənistan ölkənin əsas boru qaz tədarükçüsü olub - 60 milyard kubmetr. Pekin Aşqabaddan qaz tədarükünü daha da artırmaq niyyətindədir. Belə ki, bir neçə həftə əvvəl məlum olub ki, Çinin "CNPC Chuanging Drilling Engineering Company Ltd" şirkəti “Qalkınış” yatağında yeni quyuların qazılması üçün elan edilmiş beynəlxalq tenderin qalibi olub. 30 aylıq layihəyə görə Türkmənistan şirkətin xidmət haqqını 3 il müddətində ona 17 milyard kubmetr qaz verməklə ödəyəcək.

    Azərbaycanın Türkmənistandan İran üzərindən qaz alması Tehranla Aşqabad arasında uzun illərdir mövcud olan borc probleminin həllinə də təkan verəcək. Belə ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.
    İran Türkmənistandan aldığı qazın pulunu ödəyə bilmədiyinə görə tərəflər 2017-ci ildə Beynəlxalq Arbitraja müraciət etmişdilər. Özü də təşəbbüskar İran tərəfi olmuşdu - guya türkmən qazı çirkli olduğuna görə Tehran onun pulunu ödəmir. 

    Türkmənistan İranın təşəbbüsünü dəstəkləyərək məhkəməyə üz tutdu. 2020-ci ildə Beynəlxalq Arbitraj İranın 2007-2013-cü illərdə aldığı qaza görə Türkmənistana 2 milyard dollar ödəməsinə dair qərar qəbul etdi. İran sanksiyalara görə pul köçürmələri həyata keçirə bilmədiyini əsas gətirərək hələ borcunu qaytarmayıb. Türkmənistan isə 2017-ci ildən İrana qaz tədarükünü dayandırmışdı.

    İran tərəfi Aşqabada olan borcunu qaytarmaq niyyətindədir. Bu barədə İranın neft naziri Cavad Ovci oktyabr ayında Tehranda Türkmənistanın xarici işlər naziri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə, bu barədə İran prezidenti İbrahim Rəisi hökumətə və Mərkəzi Banka tapşırıq verib: “Tərəfimizdən irəli sürülən səmərəli təkliflərin sayəsində bu problemin həll olunacağına əminik”. Nazir həmçinin qeyd edib ki, Türkmənistanın İrana qaz nəqlini bərpa etməsi ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində ilk addım olardı.

    Təəssüf ki, Azərbaycan tərəfdən imzalanan sazişlə bağlı hər hansı açıqlama verilmir. Bu baxımdan, Türkmənistandan alınacaq qazın hansı məqsədlə istifadə olunacağı bilinmir: daxili istehlaka yönəldiləcək, yoxsa Avropaya ixrac olunacaq.



    Xatırladaq ki, Azərbaycan İran üzərindən svop yolu ilə Türkmənistandan əvvəl də qaz alırdı. 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan svop (swap) əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər.
    Bu müqavilənin sayəsində 2017-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) İrandan 1 milyard 761 milyon kubmetr, 2018-ci ilin üç rübündə isə 0,7 milyard kubmetrdən çox qaz idxal edib. Lakin 2018-ci ildən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə həmin ilin oktyabrından bu əməliyyatlar dayandırılıb.

    2018-ci ildə SOCAR rəsmiləri verdikləri açıqlamada Türkmənistandan alınan qazı Gürcüstana ixrac edərək gəlir əldə etdiklərini bildirmişdi. Bu isə o deməkdir ki, Aşqabaddan qaz kifayət qədər ucuz qiymətə alınır. Böyük qaz bazarlarına birbaşa çıxışı olmayan Türkmənistan öz məhsulunu nisbətən ucuz satmağa məcburdur.
    Bu baxımdan, Azərbaycanın qazı Aşqabaddan alıb öz daxili tələbatının ödənməsinə sərf etməsi və Avropaya daha çox məhsul tədarük etməsi kifayət qədər real görünür. Eyni zamanda bağlanan sazişlər Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çıxışı prosesinin başlanğıcı da sayıla bilər.
    Nəzərə alsaq ki, ötən həftə ilk dəfə olaraq Azərbaycan qazını Avropaya çatdıran TAP kəmərinin genişləndirilməsi məsələsi müzakirə olunub, onda artacaq nəql həcmlərinin türkmən qazı ilə təmin olunacağı ehtimalının yüksək olduğunu da söyləyə bilərik.

    İranla Azərbaycan arasında uzun illik svop əməliyyatı təcrübəsi var. Belə ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Bu əməliyyata 2006-cı ildən başlanıb. SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Muxtar respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır.

    Azərbaycan İranla svop razılaşması olmasına baxmayaraq, Naxçıvanın digər mənbədən - Türkiyədən qazla təmin olunması istiqamətində bir sıra addımlar atıb. 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyənin energetika nazirlikləri arasında Naxçıvana təbii qazın tədarükünə dair anlaşma imzalanıb.
    Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, indiyədək İran tərəfi Naxçıvanın qaz təchizatında hansısa axsamaya yol verməyib: “Lakin İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir.

    Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Halbuki dünyada belə əməliyyatlar üzrə faiz dərəcəsi 5-dən yüksək deyil. Azərbaycan bir neçə dəfə tranzit şərtlərinin yumşaldılması ilə bağlı müraciətlər etsə də rəsmi Tehran razılaşmayıb.

    Bu baxımdan hesab edirəm rəsmi Bakının atdığı addım Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi yönümündə ciddi addımdır və Tehrana ondan daim asılı olmamaq yönümündə bir mesajdır”.



    İranın Türkmənistan qazını hansı şərtlərlə nəql edəcəyi açıqlanmır. Lakin nəzərə almaq lazımdır ki, Tehran özü Aşqabada borcludur, üstəlik, ölkənin şimal əyalətləri ciddi qaz çatışmazlığı yaşayır. Bu baxımdan, əməliyyat İran üçün xilas kəməri rolunu oynayır və onun reallaşmasında Tehran hamıdan daha çox maraqlıdır.

    Çox maraqlıdır ki, Ermənistanda Azərbaycan, Türkmənistan və İran arasında qaz nəqlinə dair müqavilə ciddi rezonansa səbəb olub. Erməni politoloqlar bu müqaviləni Türkiyənin Türkmənistan qazını Avropaya çatdırmaq yolunda ilk addımı kimi dəyərləndirirlər. Onların fikrincə, bu, Ankaranın Rusiyaya qarşı demarşıdır. 

    Ermənistan mətbuatı bu iddialarla bağlı "İnterfaks"ın Rusiya Xarici İşlər Nazirliyinə yönləndirdiyi suala verilən cavabı tirajlamaqdadır. 
    Nazirliyin MDB ölkələri ilə iş departamentinin rəhbəri Aleksandr Sternik bəyan edib ki, Rusiyanın Türkmənistan və Türkiyə ilə enerji və tranzit-ixrac sahəsində əməkdaşlığı şəffaf və səmərəli xarakter daşıyır: “Son vaxtlar ABŞ və onunla həmrəy olan tərəflərin səyi ilə enerji məsələsinin siyasiləşdirilməsi istiqamətində səylər hiss olunmaqdadır.
    Avropanın enerji təhlükəsizliyinə Rusiyadan gələn hansısa təhlükə ilə bağlı boş söhbətlər səsləndirilir, Rusiyanın Avropa enerji bazarındakı rolunu azaldacaq hansısa ”layihələr" irəli sürülür. Yaşayarıq, görərik: bu ideyaların müəllifləri öz alternativlərinin bizim məhsulumuzdan üstün olduğunu nə qədər sübut edə biləcəklər"/musavat.com

    Oxunub: 217
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.