Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər -
Kiyev Ərdoğanın təklifini dəstəklədi /Yenilənib
Bu barədə “Vesti.ua” “Telegram” kanalı məlumat yayıb.
Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ankaranın mövqeyi həmişə xüsusi şəkildə əsaslandırılır və digər oyunçular tərəfindən nəzərə alınır.
“Biz prezident Ərdoğanın bu fəaliyyətini çox yüksək qiymətləndiririk və minnətdarıq. Rusiya tərəfinin Türkiyə Prezidentinin vasitəçilik səylərini rədd etməməsi daha düzgün olardı”, - deyə Podolyak bildirib.
Qeyd edək ki, Ərdoğan Türkiyənın Rusiya və Ukrayna arasında potensial münaqişənin həlli ilə bağlı vasitəçiliyə hazır olduğunu bəyan edib.
***
“Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasındakı böhranın həllində iştirakına ümid edir və bu mövzunu Moskva və Kiyevlə müzakirə etməyə davam etmək niyyətindədir”.
Globall.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən sonra vətənə qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə deyib.
"Biz regionda sülhün tərəfdarıyıq... Biz dost Rusiya ilə, xüsusən də cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik. Biz vasitəçiliyə, həm Ukrayna, həm də cənab Putinlə danışıqlar aparmağa hazırıq. Bu məsələnin həllində iştirak etmək istərdik", - deyə Türkiyə lideri vurğulayıb.