Maqdalena Andersson yenidən İsveçin Baş naziri seçildi -
ÖLKƏ TARİXİNDƏ İLK, SON 6 GÜNDƏ İKİNCİ DƏFƏ
Xarici KİV bildirir ki, yeni Baş nazir 175 səs çoxluğu ilə İsveç parlamentinin (Riksdaqda) deputatları tərəfindən seçilib.
Yeni Baş nazir son 15 ildə yalnız Sosial Demokratlar Partiyası üzvlərinin olduğu birpartiyalı hökuməti idarə edən ilk partiya lideri olacaq.
Xatırladaq ki, ötən çərşənbə günü, noyabrın 24-də İsveçin siyasi həyatında bir neçə əlamətdar hadisə baş verdi. Birincisi, Maqdalena Andersson İsveç tarixində Baş nazir vəzifəsinə seçilən ilk qadın oldu.