Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır...-
Onlar kimlərdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva, digəri isə Marina Vasilevadır. Yeni təyinatlardan sonra Azərbaycanda qadın nazir müavinlərin sayı 6-ya yüksəlib.
O, 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova, 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.
Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir.
1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
O, 2009-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.
1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva, nazir müavini təyin olunmamışdan öncə, qurumda Ümumi şöbənin müdiri olub.
ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.