Baş mühasib:
“600 MİN MANATI ŞAMXAL HƏSƏNLİYƏ, 580 MİN MANATI İSƏ GÜLƏR VƏLİYEVAYA VERMİŞƏM"
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə şahidlər dindirilib.
İlk olaraq "Portos" MMC-nin baş mühasibi Kəmaləddin Abdullaev dindirilib. O, ifadəsində Vüqar Səfərlini tanıdığını deyib: "Təqsiləndirilən şəxslərdən bir neçəsini tanıyıram. Pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manatı təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm".
Prosesdə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.
İnarə Rafiqqızı