Gürcüstanda dövlət sərhədini keçən hər kəs karantinə yerləşdiriləcək

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət sözçüsü İrakli Çikovani açıqlama verib.
O, vəziyyətə daha yaxşı nəzarət edə bilmək üçün Gürcüstan-Rusiya arasında olan Lars, Gürcüstan-Azərbaycan arasında yerləşən “Sınıq Körpü” və Gürcüstan-Türkiyə arasında yerləşən Sarp sərhəd-buraxılış məntəqələrində əlavə karantin zonaları təşkil edildiyini qeyd edib.
Oxunub: 503
Xəbəri paylaş
Paylaş: