"Prezidentlər Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edə bilər"- Dmitri Peskov
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edəcək”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əgər Türkiyə Prezidenti bu mövzuya toxunarsa və məsələni qaldırarsa, onda, bəli, müzakirə olunacaq”, - o deyib.
Qeyd edək ki, dekabrın 3-də prezidentlər arasında telefon danışığının olacağı gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl R.T.Ərdoğan Ukrayna ilə Rusiya arasında vasitəçiik etməyə hazır olduğunu bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə liderinin bu təşəbbüsünü alqışlayıb.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: