Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Yanmış “EuroHome” sahibinin bacısı oğlunun qara əməlləri üzə çıxdı...
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • GENERALIN ADI HALLANAN MƏNZİL QALMAQALI BÖYÜDÜ - İstintaq sənədində nə yazılıb?..
  • Psixotrop tərkibli dərmanların satıldığı aptek aşkar edilib (FOTO)
  • “SIĞORTA MAMED” VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - 27 ildə ölkənin ən varlı şəxslərindən birinə çevrildi
  • Azərbaycanda internet üzərindən narkotik satan bandanın sensasion əməlləri

    • Tarix: 21-03-2020, 09:37



    Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi başlayıb. Lakin bu  mütəşəkkil qruplaşmanın işi narkotik alverinin getdikcə yayılmaqda olduğu ölkədə tez-tez ələ keçən digər cinayətkar qrupların işinə bənzəmir. Hazırda müttəhimlər kürsüsündə oturanlar sintektik tərkibli narkotik maddələr də daxil olmaqla geniş çeşiddə zəhərin internet üzərindən satışını təşkil ediblər. Dəstənin başçıları isə Türkiyədə oturub, oradan müntəzəm olaraq Azərbaycana “mal” göndəriblər. Nəhayət banda üzvləri polisin keçirdiyi uğurlu əməliyyatla yaxalanıblar.

    Bandaya Ağayar Ağazadə, Orxan Ağayev, Natiq Şabıyev, Rüfət Babayev, Elçin Kərimov, Elvin Babayev, Zəka Şahbazov, Ziya Şahbazov, Elməddin Əliyev, Şamil Samilov, Rəşad Ağayev (“Baba”nın qardaşı), Arif Əliyev, Rəşad Məmmədov, Nahid Nəsirli, Pərvin Şabiyev, Aqşin Xasayev, Emin Tağıyev, Ramil Məmmədov, Rasim Hacıyev, Türkel Seyidov, Elvira Ağayeva (“Baba”nın anası) , Şəlalə Ağayeva (“Orxan XX” anası), Şahanə Ağayeva (“Orxan XX” bacısı) Türkiyə vətəndaşı Bayar Aslan,  Ayşən Tağıyeva, Kamran Abdulov, Zaur Şəbiyev daxildir.

    Ağayar və əmisi oğlu Türkiyədə qruplaşma qurur...

    Türkiyədə yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və onun əmisi oğlu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Dəstə üzvləri “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp”  mesajlaşma sistemi ilə dəstə rəhbərlərinə göndəriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları  da müəyyən edilib.



    Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər. 
    Həmçinin, araşdırma zamanı müəyyənləşdirilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı “Baba”nın anası Elvira Ağayevada cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.
    Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.



    Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər.

    “Əmimoğlu Türkiyədən Azərbaycana narkotik göndərirdi”

    Təqsirləndirilən “Baba” ləqəbli Ağayar Ağazadə ifadəsində əmisioğlu Orxanın Türkiyədən narkotik və güclü təsir edən maddələr alıb Azərbaycana göndərməklə yaxşı pul qazandığını, bu səbəbdən də 2016-cı ildə Orxanın yanına “işləməyə” getdiyini göstərib. Əvvəllər Lənkəranda narkotik vasitələrin “zakladka” üsulu ilə satışını həyata keçirən “Baba”nın bu iş üzrə təcrübəsi olduğundan qısa müddətdə əmioğlular bir yerdə fəaliyyət göstərməyə başlayıblar: “Həmin vaxtlar Orxan İstanbulda narkotik maddələri alıb avtobus vasitəsilə kiminsə yükünün içində Azərbaycana göndərir, Bakıda müəyyən adamlar həmin malı qəbul edir, satışını həyata keçirirdilər”.

    Uşaq oyuncaqları, uşaq yeməkləri arasında göndərilən “ağ ölüm”



    Ailə üzvlərini Orxanın yanında maşın ustası işləyəcəyinə inandıran “Baba” İstanbulun “Bahçeşehir” şəhərciyinə - əmisioğlunun kirayə yaşadığı mənzilə üz tutub. Əmisioğlunun  “ağ ölüm” alveri ilə məşğul olan şəxslərdən aldığı müxtəlif çeşidli narkotik vasitələri – metamfetamini, kokaini, ekstazini və lirika həblərini qablaşdırıb Azərbaycana göndərib. Əvvəl bu işlər “karqo” xidməti vasitəsilə həyata keçirilib. Əsasən uşaq oyuncaqları, “Nesquik” uşaq yeməyi paketlərinin içərisinə yerləşdirilib, Azərbaycandan gələnlərdən xahiş ediblər ki, həmin yükü öz yükü ilə birgə aparsın, yaxın adam gəlib qarşılayacaq. Sonradan belə qərara gəliblər ki, malları təyyarə ilə göndərsinlər.

    “Mallar”ın “zakladka” üsulu ilə satışı

    Bir sözlə, Orxanın aldığı “malları” qablaşdıraraq qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərmək məsələsini “Baba” həll edib. Mal ünvana çatandan sonrasa “zakladka” üsulu ilə satdırılıb. “Baba”nın tapşırığı ilə Bakıda tanıdığı şəxslər malı təhvil götürüb, diqqət cəlb etməyən yerə qoyub, sonra şəkilin çəkib ona yollayıblar: “Mobil telefonda “WhatsApp” la şəkli çəkib göndərirdilər, mən də müştəriyə yerini deyirdim, müştəri də bankda olan hesaba pul ödəməklə narkotiki oradan götürürdü. Orxan narkotik vasitələri kürd mənşəli şəxslərdən alırdı. Bakıda “zakladka” nı həyata keçirənlərin qazancları olurdu. Həmyerlim Nahid Nəsirli narkotikin satışından əldə olunan pulları yığıb mənə göndəriridi. Nahidə üç ədəd plastik kart vermişdim, pul həmin kart hesablarına yığılırdı. Bir çox hallarda pulları universal pul terminalları, hər hansı bank vasitəsilə göndərir, şifrəni mənə deyir, mən də Türkiyədə qəbul edirdim”.

    “Zibildaşıyanların 30 min manatlıq narkotiki daşıyıb atdıqlarını dedi, adam tutub Balaxanı zibilliyini eşələtdirdim”

    “Baba”nın ifadəsinə inansaq, həmyerlisi Nahid bəzən onlara ziyan da vurub. Belə ki, narkotik qəbul edəndən sonra yalandan gah “mal”ın qoyulan ünvandan itdiyini, gah polis tərəfindən aşkarlandığını, gah da zibil daşıyanların bilmədən tulladıqlarını deyib: “Bir dəfə  30 min manatlıq metamfetamin, lirika, ekstazi göndərmişdim. Nahid həmin maddələri Neftçilər prospektində hansısa zibil qutusunun yanına qoyub sonradan mənə dedi ki, zibil daşıyanlar zibillə birgə daşıyıb aparıblar. Hətta Balaxanı zibilliyən adam göndərib oranı eşələtdirdim, amma tapılmadı. Başa düşdüm ki, Nahid göndərilən malları bəzi hallarda özü götürür və satıb pul qazanır. Amma yenə də pulların yığılmasını Nahid həll edirdi. O, mənim ən çox etibar etdiyim adam idi. 2018-ci ildə Nahid həbs olundu. Narkotikin satışı, pulların yığılması və göndərilməsində çətinlik yarandı”.



    “20 min manatı anama çatdırmağı tapşırdım”

    N.Nəsirlinin həbsindən sonra “zakladka” işi Rüfət Babayevə həvalə edilib. R.Babayevin daimi müştəri olması bu işlərin görülməsində elə də çətinlik yaratmayıb: “Rüfət özü metafetamin təşkil edə biləcəyini demişdi. Mən də bu işi görməyi ona həvalə etmişdim. Rüfət malı İrandan Bakıya Elçin adlı şəxsin gətizdirdiyini deyirdi. Bundan sonrakı müddətdə qramı 50 manatdan metafetamin təşkil edirdi. Eyni qayda ilə işləyirdik. Sonradan aramızda pul söhbəti oldu. Qardaşım Rəşad Ağayev həbs olunduqdan sonra Rüfətə dedim ki, onda olan 15 min manat pulu və karta köçürülən 5 min manatı anam Elviraya çatdırsın. Rüfət də öz qohumu vasitəsilə 20 min manatı anama çatdırmışdı. Sonradan Rüfət özü də polis əməkdaşları tərəfindən tutuldu”.

    Narkotikdən gələn gəlir gecə həyatı ilə yanaşı həm də türmədəki məhbuslara xərclənib

    “Baba”nın ifadəsinə görə, “zakladka” işinə baxanlara hər ay maaş qismində üç-dörd min manat pul verilib: “Tanımadığım, adlarını bilmədiyim bir çox şəxslər mənə “WhatsApp” a zəng vurur, öz istifadələri üçün narkotik alırdılar. Mən heç onların üzlərini də görməmişəm. Müştərilər nömrəmi məni tanıyanlardan əldə edib əlaqə saxlayırdılar. Pərvin Şabiyevi, Zaur Şabiyevi, Kamran Abdulovu, Natiq Şabıyevi əmim oğlu Orxanın əhatəsində olan şəxslər olub. Natiq Şabıyevi bir neçə dəfə Orxanın yanında görmüşəm. Natiq Orxana aid narkotik və psixotrop maddələrin satışından əldə olunan pulların toplanması və yönəldilməsi ilə məşğul olurdu. Bildiyimə görə toplanan pulları Bakıda kart hesablarından qohumları vasitəsilə nagdlaşdırırdı. Əmim oğlu Orxan bildiyimə görə narkotikin Azərbaycandakı satışından əldə olunan pulları öz adamları vasitəsilə anası Şəlalə Ağayevaya və bacısı Şahanə Ağayevaya çatdırıb. Mən özüm də qazandığım pulları Lənkərandakı qardaşım Rəşada göndərmişəm”.



    “Narkotikdən əldə olunan pulları əmim oğlu da, mən də İstanbulda gecə həyatına, eyş-işrət məclislərinə xərcləmişik. Türkiyədə özümə “BMW M 3”markalı avtomobil almışdım, həmçinin Lənkəranda məscidin gümbəzinin təmirinə pul yollamışdım, bu dövr ərzində hər həftə Bakı İstintaq Təcridxanasındakı dustaqlar üçün müəyyən adamlar vasitəsilə 300 manat pul göndərmişəm”- “Baba” ifadəsində qeyd edib.

    “Rusiyadakı dostlarım oyunun qaydalarını başa saldılar”

    Təqsirləndirilən “Orxan XX” ləqəbli Orxan Ağayev ifadəsində 2006-cı ildən avtomobil alqı-satqısı ilə məşğul olduğunu deyib. O, müxtəlif banklarda girovda olan bir neçə avtomobili saxta məktub əsasında girovluqdan çıxarıb girovda olmayan avtomobil kimi başqa şəxslərə sataraq külli miqdarda pul ələ keçirib və bu üzdən Azərbaycanı tərk edərək xarici dövlətlərdən birinə getməyi qərara alıb. Bu məqsədlə əvvəl Ukraynaya gedib, bir müddət sonra Dubayda, daha sonrasa Türkiyədə yaşayıb. 2014-cü ildən etibarən dələduzluğa görə axtarışda olub.
    “Orxan XX” ifadəsində göstərib ki, internetdə müxtəlif saytlara baxarkən əsasən Rusiyada narkotik vasitələrin “WhatsApp” la “zakladka” üsulu ilə satışını həyata keçirməyin, əldə olunan gəliri banka ödəməklə pul qazanmağın mümkün olduğunu öyrənib. Bu qaydanı tam öyrənmək üçün Rusiyada yaşayan “İvan” və “Qeşa” adlı tanışları ilə “Skype” ilə əlaqə saxlayıb, maraqlanıb.
    Həmin şəxslər “oyunun qaydaları”nı ona başa salıblar.  Bundan sonra İstanbulda narkotiklərin kimlər tərəfindən satıldığı, qiymətlərin neçə olması barədə maraqlanmağa başlayıb. “Aksaray”da türk və kürd mənşəli olan şəxslərlə görüşüb: “Onlardan birinin adı Firat idi. Narkotik alveri ilə məşğul olmaq istədiyimi dedim. Malı alandan sonra Azərbaycana hansı qaydada göndərə biləcəyimi soruşdum. Həmin şəxslər çətin bir iş olmadığını, “karqo” vasitəsilə göndərə biləcəyimi dedilər. Əvvəlcə Firat ekstazi tapıb gətirdi. Həmin həbləri uşaq oyuncaqlarının içərisində yerləşdirib Azərbaycana göpndərdim. Bu cür işləməyə başladım”.



    Əmioğluların qurduğu sistem ondan ibarət olub ki, bütün ödənişlər bank vasitəsilə həyata keçirilib və satılan məhsullar əlbəəl heç kimə verilməyib.

    “Bizimlə işləyənləri “banditizm” əməkdaşları tutmuşdu”

    “Orxan XX “ifadəsində narkotik vasitələrin hamısının dadına baxsa da aludəçisi olmadığını, heç siqaret belə çəkmədiyini deyib:”Əmim oğlu Ağayar Türkiyə gələndən sonra mənimlə bir yerdə qalırdı. Daimi olaraq narkotikdən istifadə edirdi. Özüm narkotiklərin hamısının dadına baxsam da, heç vaxt aludəçisi olmamışam. Ağayar mənim aldığım narkotik vasitələri qablaşdırmaqla və müxtəlif oyuncaqların, uşaq yeməklərinin içində yerləşdirməklə məşğul olurdu. 2018-ci ildə xəbər tutduq ki, bakılda “banditizm” əməkdaşları əməliyyat keçiriblər, bizim göndərdiyimiz narkotikləri müxtəlif yerlərə qoymaqla məşğul olan şəxsləri həbs ediblər. Tutulanlar – Nahid, Nurlan, Cahandar, Zəka, və Rüfət Ağayarın təlimatı ilə “zakladka” edən şəxslər idi. Onların içərisində hımyerlim Nahidi yaxşı tanımışam. Digərləri ilə əlaqəm olmayıb”.
    Məhkəmə prosesi davam edir.
    İnarə Rafiqqızı

    Oxunub: 775
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.