“Taliban” və Myanmadakı hərbi xunta BMT-də yer tuta bilmir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Akkreditasiya Komitəsi Myanma hərbi xuntası ilə birlikdə “Taliban”ın bu qurumda yerini təsdiq etməyib.
"Khaama Press"-in məlumatına görə, BMT komitəsi bu həftə toplanıb və Əfqanıstanda “Taliban”ın rəhbərlik etdiyi hökuməti və Myanmadakı hərbi xuntanı kimin təmsil edəcəyi ilə bağlı qərarı təxirə salıb.
Yerli medianın yazdığına görə, bu qərara görə Əfqanıstan İslam Əmirliyi və Myanmadakı hərbi xunta nümayəndələrinin 193 üzvlü dünya qurumunda yer almasına hələlik icazə verilməyəcək.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş:





















