"İran Vyanaya konstruktiv təkliflərlə gəlmədi"- Ağ Ev
“İranın yeni administrasiyası Vyanaya konstruktiv təkliflərlə gəlmədi”.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, İranın buhəftəki mövqeyi problemlərin həllinə yönəlmədi. İran danışıqlardan əvvəl “yeni nüvə təxribatları"na başlayıb. Biz isə deyirik ki, İran belə davam etdiyi müddətcə ABŞ da 2015-ci ildə imzalanan nüvə razılaşmalarına sadiq qalacaq”, - o bildirib.
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: