Türkiyənin müdafiə sənayesi 170 ölkəyə 228 adda məhsul ixrac edib
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Türkiyənin müdafiə sənayesi 170 ölkəyə 228 adda məhsul ixrac edib.
Dəmirin sözlərinə görə, hazırda sənayedə 750-dən çox layihə var. “Son beş ildə bu layihələrin təxminən yarısına start verilib”. “5,5 milyard dollarlıq büdcəsi olan müdafiə layihələri həyata keçirildiyi halda, ümumi məbləğ təxminən 60 milyard dollar olub”, - deyə Daily Sabah İ.Dəmirdən sitat gətirir.
Türkiyə ixrac müqavilələri vasitəsilə yerli müdafiə sənayesini genişləndirməyə çalışıb, yerli istehsal dronları xüsusilə xarici alıcılar arasında populyardır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni pilotsuz vasitələrin istehsalında dünya lideri edəcəyinə söz verib.
Son illərdə Türkiyə sənayesi hava hücumundan müdafiə sistemləri, hərbi və tədqiqat gəmiləri və helikopterlər də inkişaf etdirib.