“COVİD-19”-un müalicəsində bu səhv reanimasiya ilə sonuclana bilər -
XƏBƏRDARLIQ
Həkim “COVID-19”-un müalicəsinin hansı hallarda əks effekt verdiyini açıqlayıb...
Koronavirus xəstəliyi hallarında immunitet sisteminin həddindən artıq stimullaşdırılması “sitokin fırtınası”na səbəb ola bilər ki, bu halda da xəstələr adətən reanimasiyaya düşürlər.
İsrail mediası xəbər verir ki, bu barədə “Doktor Piter” nəşrinə rusiyalı cərrah, səhiyyənin təşkili üzrə mütəxəssis Kirill Yuvçenko danışıb.
"Söhbət orqanizmin həyat üçün yox, ölüm üçün mübarizə apardığı son dərəcə güclü immunitet reaksiyasından gedir" – həkim belə deyib.
Mütəxəssis koronavirus yoluxması zamanı aktiv fiziki fəaliyyətlə məşğul olmamaq haqda da xəbərdarlıq edib.
O, leykositlərin - ağ qan hüceyrələrinin, bir qayda olaraq, stress zonasına tələsdiyini, bunun nəticəsində orqanizmin infeksiyalara qarşı daha həssas olduğunu qeyd edib.
Bundan əlavə, Yuvçenko immunomodulyator dərmanlardan istifadə etməməyi tövsiyə edib. Həmin dərmanların əksəriyyəti reseptsiz satılır və onların düzgün istifadə edilməməsi immunitet sistemini həddindən artıq stimullaşdıra bilər. Bu da allergiyaya və ya auto-immun xəstəliklərə səbəb olur./moderator