Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Alman partiya lideri: Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil
  • Stoltenberq Rusiyaya xəbərdarlıq etdi: “Ukraynaya qarşı istənilən zorakılıq...”
  • Müdafiə naziri Rusiyanı atom zərbəsi ilə hədələyib! - "Anneqreti yerinə oturdublar"
  • Tramp Almaniyadakı ABŞ hərbçilərini çıxarır - NATO ölkələri arasında gərginlik
  • NATO tarixində ilk dəfə hərbi alyansın baş katibi qadın ola bilər
  • "BÖYÜK GÖZLƏNTİLƏR"- Qərb Almaniyaya "Rusiya təcavüzü"nə qarşı dayaq kimi ümid edir

    • Tarix: 6-12-2021, 14:45



    Almaniyanın yeni hökuməti, çox güman ki, ölkənin silahlı qüvvələrini modernləşdirməyə və NATO-ya dəstək verməyə davam edəcək. Bu arada gələcək xarici işlər naziri Annalena Berbok Çinə qarşı sərt mövqe tutacağını açıqlayıb. 
    Eyni zamanda, hakim koalisiyadakı ziddiyyətli parçalanmanı nəzərə alsaq, 
    Berlinin Moskva və Pekinlə kompromis tapmağa çalışan Angela Merkelin kursundan çıxa bilib-bilməyəcəyi tam aydın deyil.
     
    Globall.az moderator-a istinadla xəbər verir ki, bu barədə “The Times” nəşri yazır. Qəzet yazır  ki, əgər 25 il əvvəl “Simpsonlar”dan olan bağban Villi fransızları “qorxaq qurbağapərəstlər” adlandırmışdısa, indi o, müasir almanlar haqqında heç də tərifli tonda danışmazdı.
     
    NATO müttəfiqləri, xüsusən də ABŞ uzun müddətdir ki, Almaniyanın müdafiə üçün kifayət qədər vəsait ayırmaq vəzifəsini yerinə yetirməməsindən şikayətlənir. Həqiqətən də, bəzi beynəlxalq təlimlər zamanı hərbçiləri bir tankın lüləsini süpürgə çubuğu ilə əvəz etmək məcburiyyətində qalan və texnologiya çatışmazlığından ciddi əziyyət çəkən alman silahlı qüvvələri uzun müddət gülüş obyektinə çevrildi.
     
    Xarici siyasət məsələlərinə gəlincə, Almaniya hökumətinin tənqidçiləri Berlinin Rusiya və Çinə incə yanaşmasını alman biznesinin maraqlarını qorumaq üçün uzaqgörən cəhd kimi qiymətləndirirlər.
    Eyni zamanda Böyük Britaniya və Polşa “Şimal axını-2” qaz kəmərinə Rusiya prezidenti Vladimir Putinin Almaniyanın icazəsi ilə Avropanın tam mərkəzinə sancdığı geosiyasi rıçaq kimi baxır.
     
    Olaf Şolts və onun Sosial Demokrat Partiyası (SDP) sentyabr ayında bundestaq seçkilərində qalib gələndə bir çox müşahidəçilər ən pisini gözləyirdi: ehtiyatlı Merkel ruhlu siyasət və radikal pasifizm və ABŞ-a etimadsızlıq arasında çabalayan koalisiya daxilində parçalanma. 
    SDP-nin sol qanadı daha əvvəl ABŞ-ı Almaniyadan soyuq müharibədən bəri orada olan 20-yə yaxın nüvə başlığını çıxarmağa çağırmışdı. Sosial demokratların yeni partnyoru Yaşıllar Partiyası da “Nüvə Silahından Azad Almaniya” şüarı ilə kampaniya aparırdı.
     
    Bununla belə, Şolts hökumətinin keçən həftə ortaya çıxan proqramı bu təhlükələrdən uzaq oldu. Amerikanın nüvə silahları yerində qalacaq və almanlar çox güman ki, onları daşıya bilən köhnə Tornado təyyarələrinin donanmasını əvəz edəcəklər. Almaniya ordusunu ən azı müəyyən qədər modernləşdirir. 
    Koalisiya sazişi NATO-ya minnətdarlıqdan da yan keçmir. Eyni zamanda müdafiə büdcəsində spesifiklik az olsa da, xarici siyasət məqsədlərinə ÜDM-in 3%-ni xərcləmək öhdəliyi var. Üç hakim partiya da Çinlə bağlı siyasətlərini ABŞ-la koordinasiya etməyi öhdəsinə götürüb.
     
    Bu həftə Yaşıllar Partiyasının həmsədri və gələcək xarici işlər naziri Annalena Berbok bunun praktikada necə görünə biləcəyini göstərərək Çinə barışmaz bir siqnal göndərdi: Almaniya nəinki 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının beynəlxalq boykotuna qoşulmağa hazırdır, həmçinin Aİ-ni Çin hökumətinə qarşı mübarizə aparmaq üçün onun iqtisadi gücündən istifadə edəcəyinə inandırmağa çalışa bilər. 
    "Biz avropalılar real əhəmiyyətimizi kiçiltməməliyik. Biz dünyanın ən böyük bazarlarından biriyik. Sintsyan kimi məcburi əməyin çox olduğu bölgələrdən mal qəbul etməkdən imtina etsək, bu, Çin kimi ixrac yönümlü bir ölkə üçün böyük problemə çevriləcək. Biz avropalılar vahid bazarımızdan rıçaq kimi istifadə etməkdə daha fəal olmalıyıq”, - deyə o, bəyan edib.
     
    Hətta Almaniyanın xarici siyasətinə şübhə ilə yanaşan analitiklər də Berbokun bu bəyanatından təsirləniblər. Onların təəccübü haqlıdır: Berlin onilliklər ərzində Wandel durch Handel (ticarət vasitəsilə dəyişiklik) yanaşmasının tərəfdarı olub. Bu da Berlinin Çin kimi ticarət tərəfdaşları ilə iqtisadi əlaqələrinin sonda onların daha çox Almaniyanın özünə oxşamasına gətirib çıxaracaq.
     
    Lakin Merkel və onun sələflərinin izlədiyi bu siyasət ciddi dəyişikliklərə deyil, ticarətin artmasına səbəb oldu. Şoltsun rəhbərlik etdiyi yeni koalisiya Pekinə qarşı nəzərəçarpacaq dərəcədə sərt mövqe tutdu - ən azı kağız üzərində. Xüsusilə, blokun proqram sənədində Çin “sistemli rəqib” kimi təsvir edilir; sənəd həmçinin Çinin insan haqları pozuntularını pisləyir və Tayvana dəstək sözlərini ehtiva edir.
     
    Bu kontekstdə Hertie məktəbinin təhlükəsizlik siyasəti üzrə eksperti Benjamin Tallisin fikrincə, Berbokun bu cür barışmaz ritorikası “sıçrayış” ola bilər. 
    "Bu gözəldir. İndi getdikcə daha çox deyilir ki, Wandel durch Handel (ticarət vasitəsilə dəyişiklik) yalnız “Wandel” komponentinin üstünlüklərinə diqqət yetirsək, işləyə bilər. Bununla belə, indiyədək diqqət “Wandel”ə deyil, Handelə yönəlib. 
    Mən həqiqətən ümid edirəm ki, Berbok və Şolts xarakter nümayiş etdirəcək və əhəmiyyətli irəliləyiş əldə etmək üçün bu rıçaqlardan istifadə edəcək", -  deyə Benjamin Tallis bildirib.
     
    Əlbəttə ki, belə kurs dəyişikliyi Almaniyanın bir çox müttəfiqlərini sevindirərdi. Uzun illər qonşuları onun həm Aİ-nin lideri, həm də dünya səhnəsində önəmli oyunçu olacağına əminliklə ümid edirdilər. Xüsusən də Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski bu haqda belə demişdi: “Mən Almaniyanın gücündən çox onun hərəkətsizliyindən qorxuram”.
     
    Birləşmiş Ştatlar üçün Almaniya Avropada nüvə arsenalının yerləşdirilməsi üçün sadəcə əlverişli yer deyil. Amerikalılar üçün Almaniya ABŞ-ın Avropa, Yaxın Şərq və Şimali Afrikadakı hərbi əməliyyatlarını dəstəkləyən əsas kommunikasiya və logistika mərkəzidir. Bayden administrasiyası da hesab edir ki, Almaniya Avropanın müdafiəsində daha fəal iştirak edə bilər ki, ABŞ Şərqi Asiyaya daha çox diqqət yetirsin.
     
    Bununla belə, indiyə qədər nə Almaniya hökuməti, nə də Almaniya ictimaiyyəti ölkənin böyüklüyünə və beynəlxalq öhdəliklərinə uyğun gələn rolu öz üzərinə götürməyə çox həvəsli deyil.
    Xüsusilə keçən il aparılan sorğulardan birinə görə, almanların 60%-i ölkənin silahlı qüvvələrinin hücuma məruz qalan NATO müttəfiqini müdafiə etmək üçün göndərilməməli olduğuna inanır. Digər bir sorğu göstərdi ki, almanların 82%-i ABŞ və Çin arasındakı rəqabət kontekstində Almaniyanın neytrallığının tərəfdarıdır.
     
    Bəzi ekspertlər Şoltsun vəziyəti dəyişə biləcəyinə inanmırlar. Məsələn, Merkeli götürək: o, 2005-ci ildə vəzifəyə başlayanda Çinə qarşı daha sərt xətt tutacağını bildirmiş və hətta Dalay Lama ilə görüşmüşdü. 
    Lakin Pekin belə siyasətin onun hökuməti üçün cavabsız qalmayacağı ilə hədələdikdən sonra Merkel geri çəkilməyə məcbur oldu. Yeni xarici işlər naziri ilə bağlı da oxşar narahatlıqlar var. 
    Berborkun bütün cəsarətli təşəbbüslərinə baxmayaraq, SDP-nin ehtiyatlı açıqlamalarından sonra əslində onun rolunun ikinci dərəcəli olacağı ortaya çıxa bilər. 
    Üstəlik, koalisiyadakı kulis danışıqları ilə tanış olan mənbənin fikrincə, ola bilər ki, Berbok ehtiyat kürsüdə özündənrazı otursa da, Şolts ümumiyyətlə Merkelin kursunu davam etdirərək Rusiya və Çinlə köhnə barışdırıcı ritorikaya sadiq qalacaq.
     
    Digər ekspertlər Şoltsun koalisiyasında üç çox fərqli partiya arasında ideoloji parçalanma perspektivindən narahatdırlar. Üstəlik, hətta onun öz SDP üzvləri də bir sıra məsələlərdə tez-tez fərqli fikirlərə malikdirlər.
    Baxmayaraq ki, bu gərginlik seçkilərdə qələbə ilə azaldılsa da, bal ayı bitdikdən az sonra bu fikir ayrılıqları yenidən daxili münaqişəyə çevrilə bilər. 
    Tallis də bu narahatlıqları bölüşür. Onun fikrincə, gələcək hökumət həddindən artıq ciddi ziddiyyətlərdən əziyyət çəkir, buna görə də o, ABŞ və onun tərəfdaşlarının etibarlı müttəfiqinə çevrilə bilməyəcək.
     
    Bu arada Almaniyanın özü də son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. 2015-ci ildən bəri onun hərbi xərcləri tədricən ÜDM-in təxminən 1,6%-nə çatıb. Fransızlar Malidəki kontingentini çıxarmağa başlayanda Böyük Britaniya kimi, Almaniya sülhməramlıları da oranı tərk etdi. Eyni zamanda alman əsgərləri Əfqanıstanı tərk etsələr də, bu addımı həvəssiz atdılar.
     
    Simvolik dəyişikliklər də var. Cəmi bir neçə həftə əvvəl Berlin Əfqanıstandan qayıdan alman qoşunlarının şərəfinə məşəl paradı keçirdi; bu, qədim Prussiya ənənəsidir, lakin onun Üçüncü Reyxin həyasız və iddialı ruhunu xatırlatması o qədər də xoş assosiasiya doğurmadı. 
    Eyni zamanda bir müddət əvvəl bundesver avtobus dayanacaqlarında və metro stansiyalarında ordu sıralarına qoşulmağa çağıran vərəqələr asmağa başladı. Ötənilki vəziyyətə görə almanların 57%-i NATO haqqında müsbət fikirdə idi.
     
    Bununla belə, Şolts və tərəfdaşlarının Merkelin kursunu həqiqətən davam etdirib-etdirməyəcəyinə dair şübhələr hələ də güclü olaraq qalır. Bu, əsasən həm Çinlə son müqavilələr, həm də “Şimal axını-2” mövzusu ilə bağlıdır. Sonuncuya gəlincə, qaz kəmərinin adı koalisiya sazişində qeyd belə olunmayıb. 
    Eyni zamanda qazın qiymətinin və enerji tələbatının artması fonunda “yaşılların” layihənin əngəllənə biləcəyinə dair ümidləri tükdən asılı vəziyyətə düşüb. Başqa sözlə, iqtisadi maraqların sərt reallığı nəcib idealları üstələyərək arxada qoyur.

    “The Times”

    Oxunub: 269
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.