Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar saxlanıldı
Ukraynanın Dövlət Sərhəd Xidməti Ukraynadan Rusiyaya qanunsuz yolla keçmək istəyən bir qrup azərbaycanlını saxlayıb.
Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti öz rəsmi saytında xəbər yayıb. Verilən məlumata görə, Rusiya ilə sərhəddə “Krasnıy Derkul” yaşayış məskəninin yaxınlığında saxlanılan 5 nəfərdən 4-ü azərbaycanlı, 1-i isə Ukrayna vətəndaşı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin baş vermə şəraitini araşdıraraq müəyyən ediblər ki, Rusiyaya giriş qadağası olduğuna görə, azərbaycanlılar sərhədi qanunsuz keçməyə cəhd ediblər. Ukrayna vətəndaşı isə onlara kömək edib.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: