ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb
ABŞ dövlət katibi Entoni Blinken Rusiya-ABŞ virtual sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Mən brifinqə gedəndə dövlət katibi prezident Zelenski ilə əlaqə saxlayıb”.
Xatırladaq ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında videokonfrans formatında danışıqlar baş tutacaq.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: