Firdovsi Umudov hesabat-seçki konfransına niyə çağırılmadı?- Heç kim açıqlama vermir
Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.
Globall.az qafqazinfo-ya istinadla xəbər verir ki, konfransa federasiyanın vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb.
Globall.az qafqazinfo-ya istinadla xəbər verir ki, konfransa federasiyanın vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb.
Digər vitse-prezidentlər iclasa qatılsa da, Umudovun orada yer almaması maraq doğurub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev hesabat-seçki konfransına dəvət olunanların siyahısının Azərbaycan Güləş Federasiyası tərəfindən təqdim edildiyini bildirib.
Bununla bağlı Azərbaycan Güləş Federasiyasına müraciət etsək də, onlar suala cavab vermək istəmdiklərini bildirdilər. Maraqlıdır ki, federasiyada bundan öncə də keçirilən daxili iclaslarda Firdovsi Umudov dəvət olunmamışdı. Elə həmin vaxt da federasiya bununla bağlı heç bir mövqe ortaya qoymamışdı.
Dünən federasiyanın yeni prezidenti Mikayıl Cabbarova da Firdovsi Umudov barədə sual verilib. O isə cavabında hələlik şəxslər barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Firdovsi Umudov 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının I vitse-prezidentidir.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: