KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - MN məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.
Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: