Ölkəyə gələn pul gedəndən çoxdur...- Azərbaycan vətəndaşlarına nə qədər vəsait köçürülüb?
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları xaricə 402.29 mln. dollar həcmində pul köçürüb. Xaricdən isə Azərbaycan vətəndaşlarına 772.47 mln. dollar gəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
Xaricə köçürülən pul baratlarının həcmi 19.28 mln dollar, yaxud 5% artdığı halda, xaricdən Azərbaycan vətəndaşlarına köçürülən pul baratlarının həcmi 90.55 mln., yaxud 13% artıb. Nəticədə, fiziki şəxslərin pul baratlarında öncəki illə müqayisədə 24% çox (370.18 mln. dollar) müsbət saldo yaranıb.
Azərbaycanda xaricə ən çox pul köçürməsi Türkiyəyə – 107.62 mln., ən çox pulun daxil olduğu ölkə isə Rusiya Federasiyasıdır – 409.35 mln. dollar olub.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: