Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Rusiya ilə müharibə ola bilər"- Ukrayna Prezidenti
  • "Rusiya müharibədə Ukraynaya qalib gələ bilməz" - Arestoviç
  • Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir - Bayden-Putin sammitinin ardınca...
  • "Lokal müharibə, ölkə parçalanır, Rusiya bu əraziləri ələ keçirir..."
  • Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkir: “Yaxından izləyirik”
  • “ZAMAN RUSLARA YOX, BİZƏ İŞLƏYƏCƏK...”- Qərb Rusiyanı dayandırmaq üçün hansı planları qurur?

    • Tarix: 10-12-2021, 10:00



    Artıq bir neçə ildir ki, Rusiya ilə Ukrayna arasında sönməyən hərbi qarşıdurma yaşanır. 
    Beynəlxalq ekspertlərin fikrinə görə, son zamanlar Rusiya və Ukrayna arasındakı gərginlik elə şiddətli fazaya qədəm qoyub ki, iki ölkə arasında müharibə olacağı qaçılmaz kimi görünür. 

    Əlbəttə, müharibə dedikdə ilk növbədə Rusiyanın Ukraynaya qarşı həyata keçirə biləcəyi hərbi təcavüz nəzərdə tutulur. Rusiya və Ukrayna arasındakı qüvvələr nisbətində üstünlük, heç şübhəsiz Moskvanın tərəfindədir.
    Amma bəllidir ki, bu məsələdə ABŞ başda olmaqla, Qərb dünyasının necə mövqe tutacağı həlledici faktora çevriləcək. 
    ABŞ Prezidenti Co Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən videokonfrans zamanı Ukrayna ilə bağlı məsələ ciddi müzakirə edilib.
    Globall.az azpolitika-ya istinadla sözügedən məsələ ilə əlaqədar dünya mətbuatında dərc olunan bəzi şərhləri oxuculara təqdim edir:



    Böyük Britaniyanın “The Telegraph” qəzeti konfrans barəsində yazb: "Vaşinqton aydın şəkildə bildirib ki, əgər Rusiya Ukraynaya soxularsa, onda ABŞ Moskvanı qlobal elektron ödəmə sitemi SWIFT-ə girişdən məhrum edəcək”.

    ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin “Ukrayna ilə müharibə həddinə gəlmiş Putini balans yaratmağa nə məcbur edə bilər?” başlıqlı məqaləsində qeyd olunur: "Kremlin Ukrayna sərhəddinə qoşun yığması bir mühüm məqama diqqət çəkir: Rusiya bundan sonra özünün cənub-şərq qonşusunun taleyinin nə vaxtsa Qərbin əlinə keçəcəyinə biganə qalmayacaq.

    Vladimir Putinin və onun yaxın tərəfdaşlarının məqələlərində, müsahibələrində və çıxışlarında Ukraynaya xüsusi diqqət yetirilməsi maraq doğurur. Onların tezislərindən çıxan nəticəyə görə, ruslarla ukraynalılar eyni xalqdırlar və indi guya ki, ukraynalılar ”baş tutmayan, dağlıb-tökülmüş dövlətdə” yaşayırlar.

    Putinin fikrinə görə, bu dövlət Qərb güclərinin nəzarəti altındadır və bu güclərin hədəfi postsovet məkanında “parçala və hökm sür” prinsipi əsasında fəaliyyət göstərməkdir. Ukraynalılar 2014-cü ildə Rusiya Prezidentinin dostunu devirdikdən sonra ölkəni Qərb institutlarına pərçimləməyə çalışırlar.

    Rusiya Federasiyasının 175 minlik ordusu gələn ildən Ukraynaya ehtimal olunan müdaxilə məqsədiylə bu ölkə sərhədləri yaxınlığında mövqelər tutmağa hazırlaşır.

    Putin və eləcə də əksər rusiyalı üçün Ukrayna ilə yaşanan səkkiz illik münaqişə təkcə geosiyasətlə bağlı deyil, burada həmçinin milli ruha vurulan ziyandan da söhbət gedir. Rusların düşüncəsinə görə, ortada "tarixi ədalətsizlik" var və bu mütləq düzəldilməlidir.

    Ruslar hesab edirlər ki, ukraynalılar onlardan ayrılan xalqdırlar. Ukrayınlar üçün Putinin tarixə müraciət etməsi özgə ölkə irsinin uğursuz şəkildə mənimsənilməsi cəhdi və ərazi iddialarına bəraət qazandırmaqdır. ”Yeni Avropa” mərkəzinin direktoru Alyona Qetmançuk deyib: ”Ruslar bizim keçmişimizi oğurlayıblar, indi isə onlar bizim gələcəyimizi oğurlamağa çalışırlar”.



    Ukraynanın “Evropeyskaya pravda” internet portalı özünün “Rusiyanın yeni hücum təhlükəsi” məqaləsində Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığındakı manevrlərinə və Qərb ölkələrinin reaksiyasına diqqət ayırıb.

    Bu barədə qəzet yazıb: ”ABŞ-ın “Politico” nəşri yürüstü qoşunlarla birlikdə zirehli tank birləşmələrinin və özüyeriyən artilleriya qurğularının Rusiyanın Belarusla sərhədi yaxınlığında yerləşən Yelnaya şəhəri ətrafında toplaşmasının peyk görüntülərini yayımlayıb. 

    Smolensk vilayətində yerləşən bu şəhər Ukraynanın şimal sərhəddindən üç yüz kilometr uzaqlıqdadır. Hücüm hazırlığı üçün bu məsafə xeyli uzaq görünə bilər. 
    Amma Rusiya Belarus ərazisində keçirdiyi təlimlər zamanı qoşunların uzaq məsafəyə necə sürətlə daşınması qabiliyyətini nümayiş etdirdi. 
    Belə ki, Rusiya desant dəstələri cəmi bir sutka ərzində Polşa sərhəddinə qədər gedib çıxmışdılar.

    Bundan əlavə Kursk şəhərindən Bryansk rayonuna Rusiyanın dördüncü tank diviziyasının texnikasını gətiriblər. Kurskdan Ukrayna sərhəddinə qədər olan məsafə 100 kilometrdir. Bu rayonda həmçinin Moskva yaxınlığında bazalaşmış elit birləşmə sayılan Birinci tank ordusunun dəstələrinə rast gəlinib.
    Başqa yandan, Novosibirskdə bazalaşan Birinci ümümqoşun ordusu Belarusda keçirilən “Qərb-2021” təlimindən sonra Sibirə geri qayıtmayaraq, Ukrayna sərhədi yaxınlığındakı Rusiyanın digər hərbi birləşmələrinə qoşulub.

    Ən əsas məsələ, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə Qərbin buna qarşı hansı tədbirlər görəcəyidir, axı, onlar Rusiya Federasiyası üçün başlıca önləyici faktordur. Artıq ABŞ Senatında “Şimal axını-2” layihəsinə və Rusiya maliyyə müəssisələrinə qarşı əlavə sanksiyalar tətbiq olunmasıyla bağlı təklif irəli sürülüb.

    Amerikanlar Kiyevə praktik dəstəyi davam etdrirlər. Ukraynaya iki partiya tibbi və silah yükü göndərilib, ”Island” patrul kateri isə Ukrayna Hərbi Dəniz Qüvvələrini gücləndirmək üçün Qara dənizə yaxınlaşır.

    Fransa Rusiyanın Ukraynaya müdaxiləsinın Moskva üçün çox ciddi nəticələr verəcəyi xəbərdarlığını edib. Böyük Britaniya Baş naziri Boris Conson hesab edir ki, rusların təcavüzü faciəli səhv olar və o, Avropa ölkələrinə xəbərdarlıqla deyib ki, çox tezliklə Rusiyadan daha çox enerji resursu almaqla, Ukraynaya dəstək olmaq arasında seçim ediləcək".

    Amerikanın “The Washington Post” qəzeti “ABŞ-ın Ukrayna ilə möhkəm bağlar qurması rus təhlükəsinə verilə biləcək ən yaxşı cavabdır” başlıqlı məqaləsində Ukrayna böhranında Co Bayden administrasiyasının hansı vacib addımlar atmasına toxunur.



    Həmin məqalədə deyilir: ”Məsələ ondadır ki, Putin Baydenlə sabit və proqnozlaşdırıla biləcək münasibətlərin qurulmasını istəmir. 
    O, hesab edir ki, ABŞ Rusiyanın başlıca düşmənidir. Onun fikrinə görə, Bayden administrasiyası Rusiyanı zəiflətmək və mövcud rejimi devirmək niyyətindədir. Putinin baxışına görə, ABŞ kimi bir ölkə ilə heç zaman dinc və sabit əməkdaşlıq qurula bilməz, yalnız əbədi münaqişə olmalıdır.

    Mövcud sanksiya rejimi Rusiyanın davranışlarını dəyişməyəcək. Rusiyaya qarşı silsilə sanksiyalar modeli lazımdır. Həm də ki, bu modeldə Rusiya Ukraynanın şərqində müharibə vəziyyətini “qaynar” halda saxlamaqda davam etdikcə sanksiyalar daha da sərtləşməlidir. Belə olan təqdirdə zaman ruslara yox, bizə işləyəcək.

    Ukrayna ilə bağlı Baydenə ən incə və təsirli əlaqələr, tədbirər lazımdır.

    Birincisi, uzun müddətdir ki, tələb olunan addım ABŞ-ın Ukraynaya yeni səfir təyin etməsidir. Yeni səfirin sıx şəxsi əlaqələri olmalıdır. 

    İkincisi, hərbi addımdır. Bayden administrasiyası və ABŞ-ın NATO müttəfiqləri Kiyevdəki amerikalı hərbçilərlə əlaqəni dərinləşdirməlidirlər. Ukraynanın kritik mühüm infrastrukturlarını ruslardan qoruya biləcək imkanlar daxil olmaqla, böyük “hərbi kömək zərfi” işə salınmalıdır.
    Əlavə olaraq Ukrayna Rusiyadan gələ biləcək hava və dəniz hücumlarından müdafiə edilməlidir. Amerikanın rəsmi olmayan dəstəyi əsasında Ukrayna Türkiyədən yeni-yeni ölümcül dronlar almalıdır. ABŞ-ın özü Ukraynanı Rusiya hücumundan birbaşa qorumayacağına görə ukraynalılara ən yaxşı silahlar göndərməlidir.

    Üçüncüsü, Bayden komandası avropalı müttəfiqləriylə birlikdə çox incəliklə hesablanmış uzaq strategiya hazırlamalıdır ki, bu, Ukraynanın tam yoxsullaşmasına imkan verməsin. Həmin strategiya demokratiya ilə konsolidasiya təşkil etməli və nəhayət, Ukraynanın iqtisadi böyüməsinə stimul verməlidir.

    Dördüncüsü, Bayden və onun bütün dünya üzrə müttəfiqləri “Donbasın inkişaf fondu”nu təsis etməlidilər. Bu, şərqi Ukrayna üçün “Marşal planı” olmalıdır. Bu fond pul və resursları müharibədən sonra xərcləməyə başlamalıdır. Belə bir fondun yaradılması hazırda regionda Rusiya işğalından əziyyət çəkən insanları ümidləndirəcək”.

    Vaqif Nəsibov

    Oxunub: 260
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.