Bu ilin noyabrından bahalaşan və ucuzlaşan məhsullar -
SİYAHI
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz təşkil edib.
2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 114,9 faiz olub.
2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 114,9 faiz təşkil etmişdir.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 107,1 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin əhali qrupu üzrə müvafiq olaraq aylıq və illik istehlak həcmlərinə görə tariflərinin dəyişdirilməsi nəticəsində elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin orta qiymətlərinin artması, habelə paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, məişət cihazları və minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.